Ukrayna vətəndaşları Avropaya vizasız səfərə başlayır

Poroşenko və Kiska Fotonun müəllifi VLADIMIR SIMICEK/AFP/Getty Images
Image caption Ukraynanın Slovakiya ilə sərhədində slovakiyalı həmkarı Andrey Kiska ilə görüşəşərək yeni səfər rejiminin ilk gününü qeyd edib.

Ukrayna vətəndaşları bu gündən əksər Avropa İttifaqı ölkələrinə vizasız səfərlər edə biləcəklər.

Vizasız rejimin ilk günündə, Ukrayna Prezidenti Petro Poroşenko yeni səfər qaydalarını "ölkəmizin Rusiya imperiyasından son çıxışı" adlandırıb.

Yeni qaydaya əsasən biometrik pasportları olan Ukrayna vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində Şengen zonasında qala bilərlər.

Lakin onlar Aİ ərazisində işlə təmin oluna bilməzlər.

Ukraynanın Slovakiya ilə sərhədində slovakiyalı həmkarı Andrey Kiska ilə görüşən prezident Poroşenko Avropa İttifaqına simvolik qapını birlikdə açaraq yeni səfər rejiminin ilk gününü qeyd edib.

Ujqorod sərhəd keçidində çıxış edən prezident "bunun üçün uzun müddət gözləmişik" deyib.

"Mən əminəm ki, bu gün, iyunun 11-i Ukrayna tarixinə ölkəmizin Rusiya imperiyasından son çıxışı və Avropa ölkələri ailəsinə qayıdışı kimi yazılacaq", o əlavə edib.

Öz növbəsində Slovakiya Prezidenti Andrey Kiska "Avropaya xos gəlmisiniz" deyərək Ukraynanı islahatlara davam etməyə çağırıb.

Bu barədə daha geniş