Egey Dənizində 6.3 bal gücündə zəlzələ baş verib

İzmir Fotonun müəllifi Getty Images
Image caption 6.3 bal gücündə zəlzələ İzmir şəhərində hiss edilib.

Türkiyənin Kandilli Rəsədxanası, Egey Dənizində yerli vaxtla saat 15:38-də 6.3 bal gücündə bir zəlzələnin baş verdiyini bəyan edib.

Türkiyənin Afet ve Acil Durum Yönetimi Başkanlığının (Fəlakət və Fövqəladə Hal İdarəçiliyi nazirliyi) Zəlzələ Dairəsi zəlzələnin yerli vaxtla saat 15:28-də, episentrinin İzmirin Karaburun ilçəsində 22,98 kilometr dərinliyində və 6.2 bal gücündə olduğunu bildirib.

Avropa Aralıq Dənizi Seismoloji Mərkəzi (EMSC) zəlzələnin İzmir şəhərindən 84 kilometr şimal-qərbində baş verdiyini açıqlayıb.

Zəlzələnin İzmir, Bursa, Çanakkale, Tekirdağı və İstanbulda da hiss edildiyi bildirilir.

Egey sahilində yerləşən bəzi şəhər və kənd sakinləri evlərindən küçələrə çıxıblar.

CNN Türkə müsahibə verən Karaburun icra hakimiyyətinin rəhbəri Muhammet Özyüksel hələ ki, heç biz ziyan və ya xəsarət barədə məlumatın olmadığını deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş