Kievdə keçirilən gey paradda rekord sayda iştirakçı olub

Гей-парад в Киеве Fotonun müəllifi EPA
Image caption Bu yürüş 2013-cü ildən indiyədək Kievdə keçirilən 4-cü gey paraddır

Ukraynanın paytaxtı Kievdə LGBT (Lezbiyan Gey Biseksual və Transgender) təşkilatlarının təşəbbüsü ilə keçirilən "Bərabərlik yürüşündə" polis kordonunu keçməyə cəhd edən 6 nəfər saxlanılıb, yerli polis bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə gey paradda yalnız 2500 nəfər iştirak edib. Milli polisin rəhbəri Andrey Krişenko bildirib ki, saxlanmalara baxmayaraq "asayış pozuntusu olmayıb."

Yürüşdə millət vəkili Svetlana Zalişuk və iqtisadi islahatlar və ticarət nazirinin birinci müavini Maksim Nefedov da iştirak ediblər. Paradda Ukraynanını LGBT icmasına dəstək vermək üçün çıxış edənlər arasında Britaniyanın səfiri Judith Gough da olub.

Aksiya yerli şəhər icra hakimiyyətinin razılığı ilə təşkil edilib. Hakimiyyət orqanları şəhərin mərkəzindəki yol hərəkətini səhər saat 6-dan günorta 14:00-dək məhdudlaşdırıb. Eyni vaxtda şəhərin mərkəzində iki metro stansiyası da müvəqqəti olaraq bağlanıb.

Lakin aksiya təşkilatçıları festivalın opponentlərilə qarşıdurmanın olmaması üçün qəflətən yürüşün yolunu dəyişməli olublar.

Fotonun müəllifi EPA
Image caption İfrat sağçı fəallar festivalın qarşısını almağa cəhd ediblər.

Təxminən 100 nəfər yürüşün yolu ətrafında zənciri kəsməyə cəhd edib. Onların bəzilərinin əllərində qazla dolu balonlar və yumurtalar olub. Bundan başqa bir parkda bir grup şəxs LGBT hərəkatının simvolu olan göy qurşağı bayrağını yandırıb.

Polis bu şəxslərlə polis mətəqəsində preventiv söhbət etdiyini deyib.

Aksiya zamanı şəhərdə qaydanı 5 min polis zabiti təmin edib.

Qızğın opponentlər

Fotonun müəllifi EPA
Image caption Bu il gey paradda rekord sayda iştirakçı olub

Bu yürüş 2013-cü ildən indiyədək Kievdə keçirilən 4-cü gey paraddır. 2014-cü ildə təşkilatçılar və hüquq-mühafizə orqanları təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilməli tədbirlər üzrə razılıq əldə etmədiklərinə görə planlaşdırılmış gey parad təxirə salınmışdı.

Keçən il aksiyada bu illə müqayisədə iki dəfə az insan iştirak etmişdi. Bu vaxt 25 nəfər qaydanı pozduqları üçün saxlanılmışdı.

Kievdə gey paradların keçirilməsinə qarşı bir çox millətçi təşkilatlar fəalliyət göstərir. Bu təşkilatlar arasında olan Pravıy Sektor (Sağ Sektoru) Rusiyada ekstremist təşkilat elan olunub.

Bundan əvvəl bazar günü Pravıy Sektor-un mətbuat xidməti fəallarının Kievin mərkəzində "Bərabərlik marşın"ın qarşısını almaq üçün yolları kəsdiyini deyib.

Gecə saatlarında Ukayna LGBT hərəkatının internet saytı qırılaraq, baş səhifəsinə LGBT fəallarının qırğınını təsvir edən şəkil yerləşdirilmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş