Avropa Məhkəməsi: "Rusiyanın gey təbliğatı qanunu nifrətə çağırır"

Gay rights protest in St Petersburg, May 2013 Fotonun müəllifi AFP

Rusiyanın "gey təbliğatı" qanunu ayrıseçkiliyə və homoseksuallara nifrət etməyə çağırır, Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarıb.

Strasburq hakimlərinin sözlərinə görə, Rusiya bu qanuna etiraz edən üç gey haqları fəallarına qarşı ayrı-seçkilik edib.

Bu qanun 2013-ci ildə qəbul olunub və 18 yaşdan aşağı olanlar arasında homoseksuallığı təbliğ etməyi qadağan edir.

Qanun "damğa və qərəzliliyi möhkəmləndirir və homoseksuallara nifrətə çağırır", qərarda deyilib.

Gey haqları fəalları qanunu tənqi ediblər.

Qanunvericiliyə əsasən, "yetkinlik yaşına çatmayanların arasında homoseksual davranış" təbliğ edən fiziki şəxsləri 144 manat (5000 rubl), vəzifəli şəxsləri isə bu cərimədən 10 dəfə çox cəza gözləyir.

Bizneslər və məktəblər isə 144 280 manat (500,000 rubl) cərimələnə bilər.

Rusiya: qoşa unitazlı tualet Twitterdə fırtına yaradıb

Çeçenistanlı geylərin sığına biləcəkləri beş ölkə

Homoseksuallıq 1993-ci ildən Rusiyada kriminal hesab edilmir, amma geylərə qarşı qərəz yüksəkdir.

Həmin üç gey haqları fəalları 2009-2012-ci illər ərzində Ryazan şəhərində orta məktəbdən kənarda, Arxangelsk uşaq kitabxanası və Sankt-Peterburqda inzibati binası qarşısında bu qanuna etiraz etdikdən sonra cərimə ediliblər.

Strasburq məhkəməsi bildirib ki, gey fəalların cərimələnməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 14-cü və (ayrı-seçkiliyin qadağan olunması) və 10-cu (söz azadlığı) maddələrini pozub.

Əlaqəli mövzular

Bu barədə daha geniş