İstanbul: qadağan olunmuş gey parad iştirakçıları saxlanılıb

A participant is detained by Turkish police during the Istanbul LGBT Pride Parade Fotonun müəllifi EPA

Bazar günü axşam saatlarında Türkiyə polisi İstanbulda qadağan olmuş gey paradın təşkilatçılarının tədbiri keçirmə cəhdlərinin qarşısını alıb, bir neçə nəfər həbs edilib.

Aksiya təşkilatçıları yerli hakimiyyətin ifrat sağçı qrupların yaratdığı təhlükə səbəbilə hər il qeyd edilən gey parad yürüşünə qoyduğu qadağaya baxmayaraq yürüşü keçirməyə vəd etmişdilər.

Gey paradın bazar günü Taksim Meydanında keçirilməsi planlaşdırılırdı.

Polis rezin güllələrlə təxminən sayı 40 olan yürüş iştirakçılarına atəş açıb və onlardan azı 4 nəfərini saxlayıb.

Digər müsəlman ölkələrin əksəriyyətindən fərqli olaraq Türkiyədə homoseksuallıq qadağan deyil.

Lakin bir çox təhlilçi Türkiyədə homofobiyanın geniş yayıldığını deyirlər.

Prezident Receb Tayyip Erdoğanın AK Partiyası mühafizəkar İslama dayaqdır. Lakin o, məcburən ənənəvi dəyərlərin tətbiq edilməsini istəmədiyini və sekularizmə öhdəlikli olduğunu deyib.

O, türklərin dinini məhdudiyyətsiz nümayiş etmələrinin tərəfdarı olduğunu bildirib.

Artıq 3-cü ildir ki, hakimiyyət gey paradın keçirilməsinə qadağan qoyub. Hakimiyyət qərarını ifrat sağçılardan gələn təhdidlərdən sonra yaranmış təhlükə ilə əsaslandırıb.

Niderlandın De Telegraaf qəzeti Twitter-də deyib ki, polis yürüşün qarşısını alarkən onun saxladığı şəxslər arasında niderlandlı fotoqraf Bram Janssen də olub.

Bazar günü dərc edilən bəyanatda Gay Pride təşkilat komitəsi "biz burdayıq, biz qorxmuruq və biz dəyişməyəcəyik" deyib.

Fotonun müəllifi EPA
Image caption Tədbirdən əvvəl fəallar divarları boyayıblar

"Qeyri-demokratik"

Gay Pride təşkilat komitəsinin üzvü Lara Özlen AFP xəbər agentliyinə deyib: "Aydındır ki, dinc yürüş bizim konstitusiya hüququmuzdur".

"Bir neçə ildir aydındır ki, bizi qorumaq əvəzinə bəzilərini narahat edəcək "yürüş keçirməyin" demək qeyri-demokratikdir", o, əlavə edib.

Bundan əvvəl, İstanbul hakimiyyəti ifrat sağçı qrupların tədbirə müdaxilə hədəsindən sonra yürüşü qadağan edib.

Həmçinin şəhər rəsmiləri gey paradın keçirilməsinə dair rəsmi müraciət almadıqlarını deyirlər. Parad təşkilatçıları bu iddianı təkzib edirlər.

Keçən il polis qadağana məhəl qoymayan və İstanbulda toplanan transgender hüquqları fəallarına qarşı rezin güllələrdən və bibər qazından istifadə etmişdi.

Bu barədə daha geniş