Yeni qlobal kiberhəmləyə qarşı "vaksin" tapılıb

Mətndə deyilir ki, kompüterin diski şifrələndiyi üçün ona giriş bloklanıb. Fotonun müəllifi SCREENSHOT
Image caption Mətndə deyilir ki, kompüterin diski şifrələndiyi üçün ona giriş bloklanıb.

Dünya boyu şirkətlərin məruz qaldıqlarını genişmiqyaslı kiberhəmləyə "vaksin" tapılıb, proqramçılar iddia edirlər.

"C:\Windows"-da yalnız oxuma üçün bir faylın yaradılması kompüteri virusdan qoruya bilər.

Hərçənd ki, proqramçılar hələ də bu virusu tamamilə yox edəcək kod tapa bilməyiblər.

Məlumata görə mənbəyi naməlum qalan zərərli proqram kompüter diskini şifrələyir və onun açılması üçün kriptovalyuta ilə 300 dollar ödəniş tələb edir.

Çərşənbə axşamı günü onlarla Rusiya və Ukrayna qurumları virus hücumuna məruz qaldıqlarını bildiriblər. Rusiyanın Rosneft şirkəti, Ukrayna nazirlikləri və bankları, eləcə də Britaniyanın WPP reklam agentliyi və ABŞ-ın DLA Piper hüquq şirkəti kompüter sistemlərində nasazlıq barədə məlumat veriblər.

Kiberzərbə, o cümlədən Çernobıl nüvə elektrik stansiyasının Windows platformasında işləyən sensorlarını sıradan çıxarıb. Buna görə stansiyada radiasiya səviyyəsinin avtomatik rejimdə izlənilməsi dayandırılıb.

Kaspersky Lab internet şirkətində hesab edirlər ki, yeni hücumda "Petya" virusundan istifadə olunub.



Ukraynanın Baş Nazirinin müavini Pavel Fedenko virusun müxtəlif nazirliklər şəbəkəsilə yayıldığını bildirib.

Lakin Ukraynanın Baş Naziri Vladimir Qroysman mühüm infrastrukturların virusun təsirinə məruz qalmadığını bildirib. O, deyib ki, haker həmləsinin qarşısı alınacaq.

Rosneft şirkəti hadisə ilə bağlı prokurorluğa müraciət etdiyini bildirib.

Şirkətin nümayəndəsi kiberhücumun baş verdiyini təsdiqləsə də, onun təfərrüatlarına varmayıb.

May ayında WannaCry virusu vasitəsilə 140 ölkədə 200 min kompüter üzərinə hücum həyata keçirilmişdi.

Fotonun müəllifi Sergei Konkov/TASS

Kompüteri şifrələyən virus diskin açılması üçün 300 dollar dəyərində bitcoin ilə ödəniş tələb edirdi.

O vaxt hücuma Rusiya Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Səhiyyə nazirliyilə yanaşı bır sıra şirkətlərin şəbəkələri də məruz qalmışdı.

Hücumun mənbəyi müəyyən edilməmişdi.

Lakin ABŞ Flashpoint şirkətinin araşdırmasına əsasən həmlədə çindilli hakerlərin əli ola bilərdi. Onlar belə nəticəyə virusa yoluxmuş kompüterlərdə peyda olan ödəniş tələblərinin təhlili nəticəsində gəliblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş