Moskva məhkəməsi Boris Nemtsov-un ölümündə əsas şübhəlini müəyyənləşdirib

Zaur Dadayev. File photo Fotonun müəllifi Reuters
Image caption Zaur Dadayev Çeçenistanın elit hərbi hissəsinin sabiq üzvüdür

Rusiya məhkəməsi müxalifət lideri Boris Nemtsov-un ölümündə əsas şübhəlini tapıb.

Zaur Dadayev Prezident Vladimir Putinin tənqidçisi olan baş nazirin sabiq müavinini 2015-ci ilin fevralında Kremlin yaxınlığında güllələyib.

Ona və prosesdə iştirak etmiş dörd digər etnik çeçenə Nemtsovu öldürməyə görə 250 min dollar vəd olunduğu deyilir.

Mərhum müxalifət liderinin qohumları qətlin sifarişçisinin heç vaxt bəlli olmayacağından narahatdırlar.

Fotonun müəllifi AFP
Image caption Boris Nemtsov Putinin ən kəskin tənqidçisi idi

Moskva məhkəməsi digər dörd nəfərin- Anzor Qubaşev və Şagid Gubaşev qardaşları, Ramzan Baxayev və Tamerlan Eskerxanovun - qətldə əlbir olması barədə qərar verib.

Çeçenistanda saxlanılan altıncı adam - Beslan Şabanov isə dünyasını dəyişib.

Onların hamısı bütün ittihamları rədd ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş