Avropa Parlamenti Türkiyə-Aİ danışıqlarının dondurulmasını istəyir

AVRUPA PARLAMENTOSU Fotonun müəllifi Getty Images

Avropa Parlamenti (AP) Türkiyədə prezident səlahiyyətlərinin genişləndiyi təqdirdə, Avropa İttifaqı Komissiyasına Türkiyə ilə Aİ üzvlüyü danışıqlarını dondurmağa çağırıb.

Türkiyə baş naziri parlamentin çağırışını tənqid edib və onun heç bir əhəmiyyəti olmadığını deyib.

Fransanın Strasburq şəhərində yerləşən AP qərarı Türkiyə üzrə AP məruzəçisi Kati Piri-nin təqdim etdiyi hesabata əsaslanır.

Hesabatı 477 millət vəkili dəstəkləyib. 64 nəfər onun əleyhinə səs verib. 97 deputat isə səsvermədə iştirak etməkdən imtina edib.

Hesabat Türkiyədə insan hüquqları və demokratiya sahəsində geriləmənin yer aldığını qeyd edir.

Sənəd 2016-cı il 15 iyul çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin bəyan edilməsinə toxunur.


Həmçinin oxuyun:


Bundan sonra dövlət qulluqçularının kütləvi şəkildə işlərindən uzaqlaşdırıldığını və ya həbs edildiyini bildirən hesabat Türkiyə ilə üzvlük danışıqlarında siyasi meyyarların şərtlərə daxil olunmasını tövsiyə edir.

Keçən ay BBC Türkçəyə danışan Türkiyə məruzəçisi Kati Piri Avropanın öz dəyərləri barədə birgə mövqeyə sahib olmasının lazım olduğunu demişdi. O, həmçinin bu dəyərlərin Türkiyə ilə üzvlük danışıqların çərçivəsində müzakirə mövzüsu olmasını istədiyini demişdi.

Türkiyənin Aİ naziri Ömer Çelik isə hesabatı qəbul etmədiyini bildirib.

Jurnalistlərə verdiyi müsahibədə cənab Çelik hesabatın "qərəzsiz və etimadlı" ifadələrdən istifadə etmədiyini deyib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu isə AP qərarının "əlaqələrimizə mənalı təsiri olmayacağının aydın" olduğunu bildirib.

AP-da səsvermədən bir neçə saat əvvəl Ömer Çelik Avropa Komissiyasının genişlənmə üzrə komissarı Johannes Hahn-la görüş keçirib.

Görüşdən sonra birgə mətbuat konfransında iştirak edən cənab Çelik Türkiyənin Aİ-yə üzv olmasına dair rəsmi danışıqlar xaricində təqdim edilən hər hansı təklifin Türkiyə-Aİ əlaqələrinə ziddiyətli olduğunu deyib.

Komissar Hahn isə görüşdən bir qədər əvvəl yazdığı tvitdə Türkiyədəki hadisələrə göz yuma bilməyəcəyini bildirib.

"Qarşılıqlı fayda verə bilən bir münasibət qurmaq istədiyimizə görə Türkiyədəki narahatedici hadisələrə göz yuma bilmirik və bilməyəcəyik", o, yazıb.

Bu barədə daha geniş