Dini kitabları əllə yazan assuriyalı xəttat
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Dini kitabları əllə yazan assuriyalı xəttat

7-ci əsrdə yaşadığı təxmin edilən assuriyalı Patriarx Mor Gabrielin doğulduğu kənd, Mardinin Midyat rayonuna 15 kilometr aralıda yerləşir.

Özünə xas daş evləri ilə seçilən bu gözəl kənd təxminən 150 assuriyalının məskənidir.

Onlardan biri də kəndin keşişi - Gabriel Aktaşdır. O, assuriyanca din kitablarını hüsn- xətlə yazıb yeniləməsi ilə tanınır.

Ata Gabriel, bu xüsusiyyətinin ehtiyacdan irəli gəldiyini deyir. Assuriyanca qədim Arami dilinə aiddir.

Dediyinə görə, kənddəki Mor Eliyo Kilsəsinin dini kitablarının çox köhnəldiyini gördükdən sonra o, 4 dua kitabının bir nüsxəsini əllə yazmağa qərar verib.

Xəbər və video: Hatice Kamer

Əlaqəli mövzular