Rusiya kraudfandinq hesabına yaradılan ilk peykini buraxıb

Запуск ракеты "Союз-2.1а" Fotonun müəllifi Mikhail Metzel/TASS

Baykonur kosmodromundan start götürən Soyuz-2.1a raketi kosmosa "Kanopus-B-İK" (süni və təbii fəlakətlərin monitorinqi üçün nəzərdə tutulan) kosmik cihazı ilə 72 kiçik peyki çatdıracaq.

Onlardan biri, "Mayak" peyki Rusiya tarixində kraudfandinq (insanların kollektiv əməkdaşlığı) yolu ilə maliyyələşən ilk kosmik cihaz layihısi hesab olunur.

Peykin yaradılmasında bilavasitə Moskva Politexnik Universitetinin gənc alimləri də iştirak ediblər.

Bir ay ərzində orbitada qalan peyk bundan sonra atmosferdə yanacaq.

Peykin buraxılmasında məqsəd atmosferin ən yuxarı qatlarının araşdırılması və aerodinamik əyləc qurğusunu sınaqdan keçirməkdir.

"Mayak" peykinin tərkibinə günəş reflektorları və əksetdiricilər daxildir.

Buna görə peyk Yerdən ulduz kimi parıldayan obyekt təsəvvürünü bağışlaya bilər.

"Aydın gecədə o ən parlaq ulduz kimi görünəcək",- deyə layihənin yaradıcıları Facebook-dakı səhifələrində yazıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş