Rusiya hökuməti messencerlərdən istifadəni məhdudlaşdıra bilər

WhatsApp Fotonun müəllifi Getty Images
Image caption Messencerlər hökumət tərəfindən müəyyən olunan hallarda istifadəçilərin elektron ismarışlarını göndərməyəcəklər.

İnformasiya siyasəti üzrə Rusiya Dövlət Dumasının komitəsi messencerlərdə anonimliyin qadağan edilməsi barədə qanunun ikinci oxunuşda qəbul edilməsini təklif edib.

Sənədə edilən 7 dəyişiklikdən birinə əsasən messencerlər hökumət tərəfindən müəyyən olunan hallarda istifadəçilərin elektron ismarışlarını göndərməyəcəklər.

Sənəddə bunun hansı hallarda həyata keçiriləcəyi dəqiqiləşdirilməyib.

İnformasiya siyasəti üzrə komitədən BBC-ə verilən açıqlamada hökumətin konkret hallarla bağlı qərar çıxara biləcəyi bildirilib.

O, bunu mitinqlərin keçirilməsinin məhdudlaşdırılması və futbol üzrə Konfederasiya Kuboku üzrə yarış zamanı spirtli içkinin satışıyla müqayisə edib.

Qalan hallarda isə belə fəaliyyətlərə qanunvericilik qadağaları yoxdur.

Dövlət Dumasının profil komitəsinin nümayəndəsi Leonid Levin BBC-yə müsahibəsində söhbətin qanuna zidd məzmunlu kütləvi materialların, xüsuslə spamların ötürülməsindən getdiyini bildirib.

Onun sözlərinə görə, hökumət spamın hüquqi tərəflərini müəyyən etməlidir.

Təkcə spam deyil?

Bu qanun faktiki olaraq hökumətə messencerlərdə nəyi yayımlamağı və ya nəyi yayımlamamağı müəyyən etməsi barədə məhdudiyyətsiz səlahiyyətlər verir.

"Bunun hansı məqsədlə edildiyi tam aydın deyil. Terrorla mübarizə adı altında hökumət messecerlərdə yazışmanın faktiki olaraq senzuralaşdırılmasını təklif edir. Bu yolla rus dilini də qadağan etmək olar, çünki terrorçular bu dildən də istifadə edirlər ", - deyə "Komanda-29" hüquq müdafiə təşkilatının hüquqşünası Anna Fomina bildirib.

Dövlət Dumasının profil komitəsində həmçinin, messencerlərin "informasiyanın yayılması təşkilatçıları" elan edilməsi təklif olunub.

Bu isə o deməkdir ki, messencerlər istifadəçilər barədə məlumatları toplayıb xüsusi xidmət orqanlarına təqdim etməlidirlər.

Bir sıra messencerlər, xüsuslə məhşur olan Telegram və Threema artıq qeydiyyata düşüblər, lakin onlar xüsusi xidmət orqanları ilə əməkdaşlığı təkzib edirlər.

Sənəddəki bir dəyişikliyə görə, istifadəçinin messencerə girişi, ancaq məhkəmənin qərarıyla dayandırıla bilər.

Lakin isitfadəçinin icazəsi olmadan özü və nömrəsi barədə identifikasiya məlumatlarının üçüncü şəxsə verilməsi mümkün deyil, Levin belə deyib.

Qanunun ilkin versiyasına görə, messencer sahibləri yalnız "hökumət tərəfindən müəyyən edilmiş qaydada" istifadəçilərin elektron ismarışlarını ötürməyə məcburdular.

Qanun müəllifləri istifadəçilərin müəyyən edilməsini telefon nömrəsinin köməyilə həyata keçirməyi təklif edir.

Messencerlərin tənzimlənməsi barədə qanun layihəsi Dövlət Dumasına may ayında informasiya siyasəti məsələri üzrə komitənin sədr müavini Marina Mukabenova(Vahid Rusiya) və Aleksandr Yuşenko (RFKP) tərəfindən təqdim olunub.

Qanun qəbul olunacağı təqdirdə 2018-ci ilin əvvəlində qüvvəyə minəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş