Rusiyalılar evdə ədəbsiz söyüşə görə cəzalandırılmanın əleyhinədir

Volodin Fotonun müəllifi Anton Novoderezhkin/TASS
Image caption Duma spikeri Vyaşeslav Volodin ailə daxilində ədəbsiz söyüşə görə cəza tədbirlərini dəstəkləmir

Rusiyanın "İctimai rəy" fondu (FOM) tərəfindən keçirilmiş sorğunun nəticələrinə əsasən, rusiyalıların əksəriyyəti evdə soyüş söyməyə görə cərimələnmə və həbs edilmənin əleyhinədirlər.

Qanun layihəsini rusiyalıların 28 faizi dəstəkləyib, bu qaydanın əleyhinə rusiyalıların 64 faizi çıxış edib, daha 8 faiz cavab verməkdə çətinlik çəkib.

Duma deputatlarının ailə daxilində ədəbsiz söyüşü xırda xuliqanlığa bərabər tutmaq təşəbbüsünü 18-30 yaş arasında gənclər dəstəkləməyib.

FOM sosioloqları respondentlərdən bu məsələyə münasibətlərini izah etmələrini xahiş ediblər.

Ailə daxilində söyüşə görə cəza yeridilməsinin əleyhdarları narahatdırlar kı, ədəbsiz kəlmələri uşaqlar da təkrar edəcəklər və onlar hesab edir ki, "söyüş söymək pisdir".

Bu təşəbbüsün əleyhdarları qeyd edirlər ki, ev şəxsi məkandır və bu məkana müdaxilə etmək yolverilməzdir, ikincisi, bu qanun layihəsi "cəfəngiyyatdır", üçüncüsü isə, bu normanın yerinə yetirilməsinə "nəzarət etmək mümkünsüzdür".

Ümumilikdə respondentlərin 73 faizi etiraf edib ki, müxtəlif situasiyalarda ədəbsiz kəlmələr işlədirlər. Belələrindən 57 faiz tez-tez söyüş söydüyünü, 16 faiz isə nadir hallarda söyüş işlətdiyini etiraf ediblər.

Rəyi soruşulanların yalnız 26 faizi heç zaman söyüş söymədiyini deyib.

Respondentlərin 62 faizinə görə nitqdə söyüşdən iştifadə "heç bir halda yol verilməməlidir".

36 faiz isə hesab edir ki, hərdənbir ədəbsiz sözlərdən istfadə oluna bilər.

Ədəbsiz söyüş söydüyünü bu il "Birbaşa xətt" canlı yayım proqramında prezident Putin də etiraf etmişdi.

"Bəli, söyürəm. Ancaq özümü. Gərək bunu dilə gətirməyəydim. Rusiyada belə bir vərdiş var. Bu günahımızı yuyarıq", - Putin demişdi.

Hakim Vahid Rusiya partiyasını təmsil edən bir sıra deputatlar qanun layihəsinə imza atıblar.

Onlar xırda xuliqanlığa görə cərimələri ikiqat artıraraq 1000 rubldan ($17) 2000 rubladək ($34) təyin etməyi və ya 15 sutkalıq həbs tədbirinin təsbit edilməsini təklif ediblər.

Təkrar xırda xuliqanlıq hərəkətinə görə isə 3000 rubldan 5000 rubladək cərimə və ya 15 sutka müddətinə həbs təklif olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş