Həsən Ruhaninin qardaşı Hüseyn Firudin "zaminə buraxılıb"

Hüseyn Firudin Fotonun müəllifi AFP
Image caption Hüseyn Firudin prezidentin ən yaxın müşavirlərindəndir.

Maliyyə cinayətilə bağlı ittiham üzrə həbs edilmiş İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin zaminə buraxılıb, media xəbər verir.

İSNA agentliyi prezidentin aparıcı müşavirlərindən olan Hüseyn Firudin-in zaminə bazar ertəsi buraxıldığını bildirib.

Məhkəmənin sözçüsü Qulamhüseyn Muhsen-Ejeyi bundan bir gün əvvəl həbsə alınmış cənab Firudinin "müxtəlif araşdırmalar"a cəlb olunduğunu deyib.

Zaminə buraxılma üçün ödənilən məbləğin həcmi açıqlanmır.

Lakin mətbuat 350 milyard rialın ($9.3 million) yatırıldığını xəbər verilir.

Hadisə hakimiyyətin prezident və ədliyyə qolları arasında çəkişmənin təzahürü hesab olunur.

Bu gizli mübarizə Həsən Ruhaninin may ayında seçilməsindən sonra kəskinləşib, AFP agentliyinin xəbərində deyilir.

Məlumatda bildirilir ki, mühafizəkarların üstünlük təşkil etdiyi ədliyyə sistemi prezidentin sosial məhdudiyyətləri aradan qaldırmaq cəhdlərinə müqavimət göstərir.

Hüseyn Firudinin həbsi ona qarşı ilk ittihamların təqdim edilməsindən bir il keçmiş baş verib.

Ötən il Baş Müfəttişlik İdarəsinin rəhbəri Nasir Sirac cənab Firudini iki bank direktorunun təyinatına təsir göstərdiyini bildirib. İnqilab Keşikçilərinə əsasən onlardan birinin "geniş korrupsiya qalmaqalına" aidiyyatı var idi.

Prezident Həsən Ruhani həbsə münasibət bildirməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş