İran xarici sosial mediadan "yaxa qurtarmağın yollarını tapacaq"

Mobil telefonlar Fotonun müəllifi Getty Images
Image caption İranda bəzi saytların istifadəsinə məhdudiyyətlər tətbiq olunur.

İranın kommunikasiya və informasiya texnologiyaları üzrə naziri yerli sosial şəbəkələrə üstünlük verdiyini deyib.

"Yaxşı material, yerli istehsal olan tətbiqlər və proqramlara dair iranlıların ehtiyaclarını təmin etməyə səy göstəririk. Xarici sosial medianı istifadə edən iranlılarda maraqlı deyilik", - BBC Monitoring Mahmud Vaezidən iqtibas gətirib.

Nazirin sözlərinə görə İran son dörd il ərzində bir çox sosial media platformalarını bloklayıb. Lakin bunun ardınca istifadəçilər dərhal başqa şəbəkələrə keçib.

"Çinin WeChat-nın bloklanmasından cəmi 24 saat sonra insanlar WhatsApp-a keçdilər. Bu WeChat menecmentilə müzakirə aparılarkən baş verdi. Lakin WhatsApp Amerika brendidir. Belə ki, biz yağışdan çıxıb yağmura düşdük".

Cənab Vaezi bildirir ki, insanlar Viber-dən Telegram-a keçdilər:

"Lakin onlar siyasi kanalları bağlamır", - Mahmud Vaezi deyib.

İranlı nazir dörd yerli sosial media platformasının artıq hazır olduğunu qeyd edib. Onun dediyinə görə onlardan bəzilərinin artıq 2 milyon istifadəçisi var.

Fotonun müəllifi Reuters
Image caption Cənab Vaezi deyir ki, bir sayt bloklananda istifadəçilər dərhal başqa şəbəkəyə keçir.

Mahmud Vaezi bu səpkidə danışaraq Salam, Sourush, Wispi və BisphonePlus şəbəkələrini qeyd edib.

"Biz bu şəbəkələrdə reklama izn vermək üçün istifadəçi sayının 3 milyona çatmasını gözləyirik".

Nazirin sözlərinə görə 5 milyondan artıq istifadəçiyə malik platforma maliyyə əməliyyatları apara biləcək.

"Biz gözləyirik ki, yerli şəbəkələr normal fəaliyyətə qadir olduqlarını isbat etsinlər və biz xarici sosial mediadan yaxa qurtarmağın müəyyən yollarını tapacağıq".

Fotonun müəllifi Thinkstok
Image caption Bildirildiyi kimi, İranın "Milli şəbəkə"si dünya internetinə bağlı olmayacaq

Prezident Ruhani müxtəlif siyasi hərəkatların təsir imkanlarını məhdudlaşdırmaq istəyir, Mahmud Vaezi deyib.

"Müxtəlif qruplar prezident Həsən Ruhaninin seçki qələbəsində öz rolunu önə çəkir. Lakin prezident heç kəsə borclu deyil".

Ötən il İranda "milli internet"-in yaradılmasına dair planın ilk mərhələsinin başa çatdığı elan edilib.

Hakimiyyətə əsasən daxili şəbəkəyə (intranet) dair təşəbbüs interneti daha səmərəli, təhlükəsiz etməklə xərcləri də azaldacaq. Lakin tənqidçilərə görə əsas məqsəd İnternet üzərində nəzarəti gücləndirməkdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş