Türkiyədə unudulmuş gürcü krallığı

Çoruh vadisində orta əsrlərdən qalma memarlıq möcüzəsi olan gürcü monastırları Türkiyə ilə Gürcüstan arasındakı anlaşılmazlıqlar ucbatından taleyin ümidinə buraxılmış bir vəziyyətdə belə əzəmətini qoruyub saxlayır.

Türkiyə-Gürcüstan sərhəddi yaxınlığındakı Kaçkar dağlarının ətəklərində, Çoruh vadisində gürcülərdən qalma möhtəşəm monastırlara rast gələ bilərsiniz.

Öşk Manastırı Fotonun müəllifi Emma Harper
Image caption Öşk monastırı

Orta əsrlər zamanı inşa edilən bu monastırlar Tao-Klarjeti knyazlığına aiddir.

Bu knyazlıq XII-XIII əsrlərdə Bagratunilər sülaləsinin hakimiyyəti altındakı Gürcüstan krallığı içində yer almışdı.

XIV əsrdə monqol hücumları nəticəsində krallıq parçalandı.

XVI əsrin ortalarından etibarən Tao-Klarjeti knyazlığı Osmanlı hakimiyyətinə keçdi.

Gürcü manastırı Fotonun müəllifi Katie Nadworny

Erzurumdakı Öşk monastırı gürcü pravoslavının ən görkəmli nümunələrindən biridir.

963-73-cü illər arasında inşa edilən monastırın damı bu gün böyük qismi dağılmışdır.

Girişdəki yarı qabarıq şəklindəki bir qartal və qoyun ovlayan oxatan kimi relyeflər hələ də görünür.

İşhan Kilisesi Fotonun müəllifi Emma Harper
Image caption İşxan monastırı

Lakin bir çox bəzəklər uzun illər ərzində oğurlanmışdır. Türkiyə ilə Gürcüstan arasındakı anlaşılmazlıqlar səbəbiylə burada bərpa işləri aparılmır.

Arpacık kəndi yaxınlığındakı İşhan kilsəsində isə təsadüf nəticəsində bərpa işləri aparılıb.

Dörtkilise Fotonun müəllifi Emma Harper
Image caption Dördkilsə

Yusufelidəki Dördkilsə isə böyük bir monastırın parçasıdır.

Öşk və İşhandakı günbəz yerinə burdakı dik dam otla bağlıdır.

Bagratuni rahiblərinin qurduğu bazilikanın (memarlıq planı) kəmər şəklindəki yüksək tavanlı orta həyəti keçmiş əzəmətini qoruyub saxlayır.

Dörtkilise Fotonun müəllifi Katie Nadworny

Pravoslav xristian möminlərinin şəkilləri solmuş, divarlar qrafitti ilə örtülmüşdür. Kilsənin son zamanlarda axur olaraq istifadə edildiyi söylənilir.

Dörtkilise Fotonun müəllifi Emma Harper

Hazırkı baxımsız vəziyyətinə baxmayaraq bu əsərlər orta əsrlərdəki ustalıq səviyyəsini gözlər onünə gətirir. Lakin qorunmalarına dair konkret bir planın olmaması memarlığın şah əsərlərinin gələcəyini naməlum edir.

Gürcü manastırı Fotonun müəllifi Emma Harper

  • Bu məqaləni ingilis dilində BBC Travel oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuya bilərsiniz.

Bu barədə daha geniş