Erdoğan: "Rusiya ilə S-400 imzaları atılıb"

Füze Savunma Sistemi Fotonun müəllifi Getty Images

Türkiyə prezidenti Erdoğan, Türkiyə ilə NATO arasında gərginliyə səbəb olan S-400 raketlərinin alınmasilə əlaqədar Rusiya ilə razılaşmanın imzalandığını deyib.

Aprel ayında, sabiq Milli Müdafiə naziri Fikri İşık raketlərlə bağlı bu müqavilənin yekun mərhələsinin gəlindiyini deyib.

Prezident Erdoğan, Böyük Millət Məclisində AKP partiyasının qrup iclasında çıxışı zamanı deyib ki, "İnşallah S-400 raketlərini ölkəmizdə görəcəyik".

"Niyə S-400 raketləri gərginliyə səbəb olsun? Bir ölkə öz təhlükəsizliyilə bağlı ən ideal axtarışı etmək vəziyyətindədir", o deyib.

"Biz illərdir ABŞ ilə bu cür şeylərdə istədiyimizi edə bilmiriksə, bu cür axtarış içində olmaq vəziyyətindəyik. Və bu axtarışın bir məhsuludur. Bu da NATO. İllərdir NATO ölkəsi olan Yunanıstan S-300-ləri istifadə edir. Niyə narahat olurlar?", Erdoğan sual edib.

Erdoğan qeyd edib ki, hazırda Rusiya Federasiyası ilə bu məsələ ilə bağlı addımlar atılıb.

"...imzalar atıldı və inşallah S-400 raketlərini ölkəmizdə görəcəyik. Və bunları ortaq istehsal da edəcəyik", deyə o əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş