ABŞ və Gürcüstan hərbi təlim keçirir

The US has deployed M1A2 Abrams main battle tanks for the drills Fotonun müəllifi EPA
Image caption Təlimlərdə ABŞ hərbi qüvvələri M1A2 Abrams tanklarından istifadə edəcək

ABŞ və NATO üzvlüyünə səylərini uzun illər davam etdirən Gürcüstan indiyədək ən böyük birgə hərbi təlimlərə start veriblər.

Bu həftə Gürcüstana səfəri planlaşdırılan ABŞ vitse-prezidenti Mike Pence-in Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyəcəyi gözlənilir.

Rusiyanın separatçı qüvvələrə verdiyi dəstək nəticəsində Tbilisinin itirdiyi Cənubi Ossetiya və Abxaziya bölgələri və iki ölkə arasında 2008-ci ildə baş vermiş müharibəyə görə Gürcüstanın Moskva ilə əlaqələri pis vəziyyətdə qalmaqdadır.

Rusiya isə özünün donanma qüvvələrini bazar günü Sankt Peterburqda Prezident Vladimir Putinin iştirakilə keçirilən hərbi paradda nümayiş etdirib.

Noble Partner (Nəcib Tərəfdaş) adlı ABŞ-Gürcüstan hərbi təlimlərində 1600 ABŞ və 800 Gürcüstan həbrçiləri iştirak edir.

Avqustun 12-ədək davam etməsi planlaşdırılan təlimlərdə ABŞ qüvvələri M1A2 Abrams tankları və M2 Bradley zirehli maşınlarından istifadə edəcək.

Təlimlərdə həmçinin Britaniya, Türkiyə, Almaniya və Ermənistan daxil olmaqla bir neçə ölkələrin hərbçiləri iştirak edəcəklər.

Gürcüstanın Müdafiə Naziri Levan İzoriya təlimlərin "NATO-ya üzv olan dövlətlərin, xüsusilə də ABŞ-ın Gürcüstana verdiyi dəstəyi aydın şəkildə" göstərəcəyini deyib.

NATO üzvü olmasa da, Gürcüstan könüllü olaraq NATO-nun təcili şəkildə su, hava və quruda istifadə edilməsi nəzərdə tutulan çoxmillətli NATO Cavab Qüvvələrinə (Nato Response Force/ NRF) öz hərbçilərini göndərir.

2008-ci il Rusiya-Gürcüstan müharibəsi Gürcüstanın Cənubi Ossetiya və Abxaziya rayonlarının Rusiya tərəfindən işağlı ilə nəticələnib.

Fotonun müəllifi EPA
Image caption Sankt Peterburqda keçirilən hərbi nümayişdlə prezident Vladimir Putin də iştirak edib

Rusiyada isə hər il keçirilən və bu il Sankt Peterburqda hərbi nümayişlə qeyd edilən Donanma Günündə Prezident Vladimir Putin də iştirak edib.

Finlandiya Körfəzində keçirilən paradda təxminən 50 hərbi gəmi və sualtı qayıq iştirak edib.

Çıxışında Rusiya prezidenti deyib: "Donanma yalnız ənənəvi vəzifəsini yerinə yetirmir, həm də yeni çətinliklərlə ləyaqətlə üzləşir və terror və quldurluğa qarşı mübarizəyə mühüm dərəcədə öz töhfəsini verir".

Əlaqəli mövzular

Bu barədə daha geniş