Türkiyə: çevriliş cəhdində şübhəlilərin məhkəməsi edam şüarları ilə başlayıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şübhəlilər məhkəməyə belə gətiriliblər

Türkiyədə 2016-cı ildə 15 iyul çevriliş cəhdilə bağlı Akıncı hərbi hava bazasında baş vermiş hadisələrə dair məhkəmə prosesində 486 müttəhimin işinə baxış keçirilir.

Prosesin keçirildiyi Ankara 4. Ağır Cəza Məhkəməsinin ətrafına toplananlar "edam istəyirik" şüarları səsləndirib.

486 nəfər dövlət cevriliş cəhdi hazırlamaqda ittiham olunur və məhkəmə prosesinin avqustun 29-can çəkəcəyi deyilir.

Hökümətin iddiasına görə, dövlət çevrilişi cəhdinin iştirakçıları Akıncı hərbi hava bazasından qərargah kimi istifadə ediblər.

Onlara qarşı prezidenti məhv etməkdən tutmuş qətl törədilməsinədək ittihamlar irəli sürülüb.

Məhkəmədə bir nömərli müttəhim Fethullah Gülen, iki nömrəli müttəhim isə fərari Adil Öksüzdür.

Eyni zamanda ətrafında təhlükəsizlik tədbirləri möhkəmləndirilən Sincan Cəza və İcra Qurumununun önündə yığılan etirazçılar "edəm istəyirik" şuarları səsləndiriblər.

Fotonun müəllifi DHA
Image caption Cəzaçəkmə müəssisəsinin damında snayperlər öz yerlərini alıblar

Həmçinin oxuyun:


Türkiyə ölüm cəzasını 2004-cü ildə ləğv etsə də, aprel ayında səlahiyyətlərinin genişlənməsinə yol açan referendumundan sonra verdiyi çıxışsda Prezident Recep Tayyip Erdoğan ölüm cəzasının bərpa edilməsinə dair referendum təklif etmişdi.

Çevriliş cəhdində bulunan hərbçilər 2016-cı il iyulun 15-də Türkiyədə hakimiyyəti ələ keçirməyə cəhd göstəriblər.

Çevriliş cəhdi zamanı 249 adam həlak olub. Məhkəmə önündə yığılan etirazçılar bir çoxu çevriliş cəhdində qohum və ya tanışlarını itiriblər.

Hazırkı məhkəmə dinləmələri dövlət çevrilişi ilə bağlı indiyədək keçirilən ən iri məhkəmə prosesidir.

İddia edildiyinə görə, ötən il hərbçilər prezident Recep Tayyip Erdoğanı devirməyə cəhd göstərərkən, Ankarının şimal-qərbində yerləşən Akıncı hava bazasından parlamenti bombalamağa əmrlər verilibmiş.

Fotonun müəllifi EPA
Image caption Hərbçilər prezident Recep Tayyip Erdoğanı devirməyə cəhd göstərməkdə ittiham olunurlar

Cevriliş cəhdinin qarşısı alındıqdan sonra Türkiyədə minlərlə adam həbs olunub.

Həbs edilənlərin çoxunun ABŞ-da yaşayan mühacir dini xadim Fethullah Gülen ilə əlaqəsi olduğu iddia olunur.

Çevriliş cəhdinin hazırlanmasında əsas müqəssir şəxs sayılan Fethullah Gülenin işinə məhkəmədə qiyabi baxılır.

Fethullah Gülenin, ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Tənqidçilər deyirlər ki, president Erdoğan indiki fürsətdən istifadə edərək siyasi rəqiblərini boğmağa çalışır.

Fotonun müəllifi DHA
Image caption Ərazidə toplanan etirazçıların bir qismi edam cəzasının tətbiq edilməsini tələb ediblər

Əlaqəli mövzular

Bu barədə daha geniş