Moskva Vilayət Məhkəməsində atışma: üç nəfər həlak olub

Məhkəmə binası Fotonun müəllifi Yuriy Mashkov/tass
Image caption Məhkəmədə insanlar təxliyyə edilib, şahidlər deyir.

Moskva Vilayət Məhkəməsinin binasında "GTA bandası" işilə bağlı iclasda baş vermiş atışma nəticəsində üç şübhəli öldürülüb, Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə idarəsi bildirib.

"Bir liftin [qapılarının] qəza rejimində açılışından sonra gizlənməyə cəhd edərkən həb edilənlərin üçü məhv edilib, ikisi yaralanıb", idarənin sözçüsü Tatyana Petrova RİA Novosti saytına deyib.

Bundan əvvəl İnterfaks xəbər saytı yaralıların vəziyyətinin ağır olduğunu deyib.

"Təqsirləndirilən şəxslər polis əməkdaşlarına hücum edərək onların silahlarına sahib çıxmağa cəhd edib", Petrova deyib. Rusiya Milli Qvardiyası hücum edən şəxslərin "GTA bandası" işində şübhəlilər olduqlarını təsdiqləyib.

"Təqsirləndirilən şəxslərdən biri müşayiətçiyə hücum edərək onu boğmağa başlayıb. Nəticədə təqsirləndirilən şəxslər müşayiətçilərin silahlarını ələ keçirə bilib. Onlardan biri Milli Qvardiya əməkdaşlarına əlavə qüvvə üçün müraciət edə bilib", Rusiyanın İstintaq Komitəsinin rəsmi təmsilçisi Svetlana Petrenko bildirib.

"Atışma Milli Qvardiya əməkdaşlarının gözlədiyi üçüncü mərtəbədə başlayıb. Nəticədə Milli Qvardiya əməkdaşlarından biri çiyinindən güllə yarası alıb və iki polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb", DİN-in bəyanatında deyilib.

Bundan əvvəl Rusiya mətbuatı bir qadın və bir kişinin yaralandığını qeyd edib.

Fotonun müəllifi Andrey Shadrin

"GTA bandaları" işi

Prokurorların iddialarına əsasən, "GTA bandası" Moskva şəhərində, rayonlarında və Kalujskaya rayonunun küçələrində 2014-cü ilin may və noyabr ayları arasında qəttlər törədən bir qrup şəxsdən ibarətdir.

Bu qrup öz adını GTA (Grand Theft Auto) kompüter oyunundan alıb.

İstintaqın materiallarında deyilir ki, qrup 16 hücum törədib və 17 nəfəri qəttlə yetirib.

Qrupun doqquz üzvünə qarşı ittihamlar üzrə istintaq işləri 2015-ci ilin oktyabr ayında yekunlaşıb.

Məhkəmə prosesi isə 2016-cı ilin avqust ayında başlayıb.

Məhkəmənin ilkin iclasında təqsirləndirilən doqquz nəfərin hər biri qismən ittihamları qəbul etdiklərini deyiblər.

Onlar andlılar məhkəməsi tərəfindən mühakimə edilməkdən imtina ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş