ABŞ sanksiyalarından sonra rubl zəifləyib

Rubl Fotonun müəllifi Reuters
Image caption Rubl və neft ucuzlaşır

Prezident Donald Trump tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların imzalanması fonunda rubl zəifləməkdədir.

Cümə axşamı günü səhər saatlarında Moscow Exchange birjasında 40 sent bahalaşan dollar 60.75 rubla satılıb.

Bir qədər keçmiş ona 60.78 rubl təklif olunub, TASS agentliyi xəbər verir.

Rublun məzənnəsi avroya nisbətdə də aşağı düşərək 72.01 avro həddində qərarlaşıb.

Rublun zəifləməsi neftin qiymətlərinin aşağı düşməsinə təsadüf edir.

Cümə axşamı günü Rusiyanın Baş naziri ABŞ-ın yeni sanksiyalarını ölkəsinə qarşı "tammiqyaslı ticarət müharibəsi elanı" kimi dəyərləndirib.

ABŞ sanksiyaları, həm 2014-ci ildə Krımın Rusiya tərəfindən ilhaqına, həm də Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi iddialarına cavab olaraq qəbul olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş