5 fotoda: Qarabağ pley-off-da, Rusiyaya yeni sanksiyalar və... 222 milyonluq Neymar

Bu həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi JIM WATSON/ Getty

1. ABŞ Prezidenti Donald Trump Moskvanın 2016-cı il ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsini cəzalandırmaq üçün Rusiyaya qarşı yeni sanksiyaları təklif edən qanun layihəsini imzalayıb.

Prezidentin qanunu imzalamasına baxmayaraq, ABŞ Dövlət Katibi Rex Tillerson onun və prezidentin qanun layihəsindən heç də məmnun olmadıqlarını deyib.

ABŞ Prezidenti Donald Trump Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Fotonun müəllifi PATRICK BAZ/ Getty

2. İsrailin Haaretz qəzetinin internet saytına bənzədilən saxta bir saytda Prezident İlham Əliyevin ailəsinin İsraildə mülkə və müxtəlif yatırımlara sahib olması barədə xəbər yayılır.

Bu, az qala iki ölkə arasında diplomatik qalmaqala səbəb olur.

Saxta və yanlış xəbərlərin artan təsiri

Fotonun müəllifi Pfl.az

3. Ağdamın Qarabağ futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Moldovanın Şerif klubunu 2-1 məğlub edərək Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanır.

Qarabağın pley-off mərhələsində rəqibi Danimarkanın Copenhagen klubu olacaq. Bu klublar arasında ilk görüş avqustun 15-də Bakıda, cavab oyunu isə 23-də Danimarkada keçiriləcək.

Qarabağın baş məşqçisi: "Olduqca çətin oyun oldu"

Fotonun müəllifi News.am

4. Ermənistanın Aştarak şəhəri yaxınlığındakı yezidilərin məskunlaşdığı Şamiram kəndində silahlı hücum nəticəsində azı 4 nəfər ölüb, səkkiz nəfəri yaralanıb.

Şahidlərin dediyinə görə, "Niva" markalı avtomaşınla qəbiristanlığa gələn naməlum şəxs matəm mərasimi keçirilən zala daxil olub və ov silahından mərasim iştirakçılarını atəşə tutub.

Ermənistanda yezidilərin yas mərasiminə basqın: 4 ölü, 8 yaralı

Fotonun müəllifi PAU BARRENA/ Getty

5. Braziliyalı hücumçu Neymar rekord 222 milyon avroya İspaniyanın Barcelona klubundan Fransanın Paris St-Germain klubuna transfer olunub.

"Mən bir futbolçunun qazana biləcəyi hər şeyi qazanmışam", Neymar deyib.

Neymar 222 milyon avro üçün Barcelona-nı tərk etməyə hazırlaşır

Əlaqəli mövzular