İran: Həsən Ruhaninin andiçmə mərasimi keçirilib

Ruhani Fotonun müəllifi Reuters
Image caption Həsən Ruhani seçkilərdə 57 faiz səs qazanıb.

May ayındakı prezident seçkilərində inandırıcı qələbədən sonra ikinci müddətə prezident seçilmiş Həsən Ruhaninin andiçmə mərasimi keçirilib.

Tədbirdən əvvəl Həsən Ruhani ABŞ-ı İran və qüdrətli dövlətlər arasında imzalanan nüvə sövdələşməsi əleyhinə yönələn addımlara görə tənqid edib.

Öz növbəsində İran rəsmiləri Avropanı Trump administrasiyasına dəstək verməməyə səsləyiblər.

Ötən ay ABŞ İrana qarşı yeni sanksiyalarını elan edib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Video: İlham Əliyev ilə Həsən Ruhani arasındakı görüş (Arxiv)

Cənab Ruhaninin daha çox iş yerləri və kənar dünya ilə əlaqələrin genişləndirilməsi barədə seçki vədləri rəğbətlə qarşılanıb.

O, seçkilərdə səslərin 57 faizini qazanaraq sərt xətt tərəfdarı olan rəqibini məğlub edib

Hərçənd ki, kampaniya gedişatında ona korrupsiyaya qarşı mübarizə ilə bağlı iradlar da tutulub.

Bir çox iranlı onun siyasətini dəstəkləsə də, real həyatda vəd edilmiş dəyişikliklərin hiss olunmadığından narazıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş