"Türkmənator" kimdir və rus məşhurun tərsanədə nə işi var?

'Türkmənator' silahını doldurur Fotonun müəllifi TURKMEN TV ALTYN ASYR
Image caption "Türkmənator" silahını doldurur

Türkmənistan prezidentinin hərbi bacarıqlarını nümayiş etdirdiyi video, sosial mediada geniş yayılsa da, populyarlığın səbəbi düşündüyümüz kimi deyil.

Ölkənin müxalif internet səhifəsi Türkmənistan Xronikası, prezident Qurbanqulu Berdiməhəmmədovun atıcılıq bacarıqlarını nümayiş etdirdiyi və dövlət kanalında yayımlanan videosunu dəyişərək təqdim edib.

Səhifə videonun əvvəlinə Arnold Schwarzenegger-n Commando filmindən bir hissə yerləşdirib.

Video saytda yerləşdiriləndən sonra ötən 24 saat ərzində 250.000 dəfədən çox izlənilib və kinayəli şərhlərlə müşayiət olunub.

Bəziləri prezidenti "Türkmənator" adlandırıb.

Dövlət kanalının təqdim etdiyi videoda prezident Berdıməhəmmədovun - o həmçinin, bu mərkəzi Asiya ölkəsinin Silahlı Qüvvələrinin ali baş komandanıdır - hədəfə atəş açdığı görülür.

Aparıcı deyir ki, prezidentin bacarıqları "hərbçilər ilə rəqabət aparacaq qədər yaxşıdır".

Lakin hər kəs bununla razılaşmır.

Bir sosial media istifadəçisi, onun yaxın məsafəli hədəf üçün teleskopik baxış atışı etdiyini yazıb.

Fotonun müəllifi TURKMEN TV ALTYN ASYR
Image caption Prezident hədəfi vura bilibmi?

Bəziləri onun özünü göstərməyə çalışdığını dilə gətiriblər. Bir YouTube istifadəçisi yazıb: "O, heç (orduda) xidmət etməyib, amma, özünü elə aparır ki, sanki hər şeyi bilir və bacarır."

Prezidentə Suriyaya gedib, oradakı vəziyyəti düzəltməyi təklif edənlər də olub.

İnsanlar, onun Şimali Koreya lideri Kim Conq-un və Rusiya prezidenti Vladimir Putin ilə oxşarlığı olduğunu da vurğulayıblar.

Batır Jandarbəyov sual edib: "Görəsən onun Şimali Koreya lideri ilə qohumluq əlaqəsi var?"

Bəziləri isə onun bacarıqlarını təqdirəlayiq hesab edib. "Əhsən," Serqey Afanasyev yazıb və əlavə edib: "O, hər şeyi mükəmməl icra etdi. Çox yaxşı görünür və silahlardan necə istifadə etmək lazım gəldiyini bilir!"

Prezident Berdıməhəmmədov 2007-ci ildən bəri Türkmənistanın lideridir və diktatordur.

Ölkə, dünyanın ən repressiv ölkələrindən biri kimi tanınır.

Bu, ilk dəfə deyil ki, prezident öz saysız bacarıqlarını nümayiş etdirsin.

Sağlam cəmiyyət qurmaq məqsədilə o, nazirlər üçün fitness məşğələsi videosu ilə çıxış etmışdi:

Fotonun müəllifi TURKMEN TV ALTYN ASYR
Image caption Prezident nazirlərə məşq prosesini göstərir

2012-ci ildə isə o, Bugatti idman maşınını idarə edərkən lentə alınıb.

2017-ci ilin yanvarında prezident Axal vilayətində qaz kimyəvi kompleksinə baş çəkərkən mahnı da ifa edib.

Fotonun müəllifi TURKMEN TV ALTYN ASYR
Image caption Cəsarətli prezident seçicilər üçün mahnı ifa edib

İncəsənət və ədəbiyyata da biganə qalmayan prezident, poeziyaya müraciət edib və çay haqqında kitab yazıb.

Lakin onun ictimai çıxışlarının hamısı yağ kimi getməyib. 2013-cü ildə iştirak etdiyi yarışda atdan yıxılıb. Çətin yarışa baxmayaraq, o qalib gəlmişdi!

Bir çox istifadəçilər Türkmənistanı Rusiya və prezident Berdıməhəmmədovun fəaliyyətini prezident Putinin maço üslubu ilə müqayisə edib.

Fotonun müəllifi @stpellegrino/Instagram
Image caption Xanım Peskova tərsanədəki şəkilini Instagram izləyiciləri ilə bölüşüb

Rusiyalı məşhurun tərsanə turu

Prezident Vladimir Putinin uzun müddət sözçüsü işləmiş Dmitri Peskovun qızı Instagram hesabında paylaşdığı şəkillər sayəsində sosial media ulduzuna çevrilib.

Liza Peskovanın münaqişəli zona Krımdakı köhnə tərsanəyə səfəri səs-küyə səbəb olub.

Xanım Peskovanın - gözəl əlbisədə - cansıxıcı istehsalat ərazisini gəzməsi, Rusiya sosial mediasında yayılıb.

Son postunda o yazıb ki, Sevastopolda yerləşən tərsanənin çətinlikləri var və işçi heyətinin istəyi ilə oraya baş çəkib.

Səfəri əsasında o, heyət azlığı və gəncləri gəmiqayırmaya cəlb etmək haqqında məlumatlandırıb.

"Mən, təbiətin gücü, müəssisələrinin taleyi ilə bağlı narahatçılıq keçirən insanlar və ərazinin coğrafi gözəlliyindən təsirləndim," o yazıb.

Görünür ki, onun tərsanə marağını hamı bəyənməyib.

Bir Twitter istifadəçisi deyib: "Gəmiqayırma zavodundakı problemləri həll etmək üçün Parisdən çağırılan 19 yaşlı Peskovanın içində olduğu sirk, Kremlin insanlar qarşı növbəti istehzasıdır."

Fotonun müəllifi @stpellegrino/Twitter
Image caption Xanım Peskova bərədə işçilərlə çəkdirdiyi fotonu Instagram hesabında paylaşıb

Məşhur bloqçu Rüstəm Adaqamov yazıb: "Peskova, Qroznı moda evində tikilən don ilə Sevastopol gəmiqayırma sahəsinin problemlərini həll edir."

Digərləri isə onun zavoda kömək etmək istəyib-istəməməsi ilə maraqlanıb: "Krımdakı gəmiqayırma sahəsinə göndərmək üçün Rusiyada Peskovun qızından başqası yoxdurmu? Hakimiyyətdəki nepotizm məni dəli edir," başqa bir şərhçi yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş