Rusiyalı kişiyə "həddindən artıq baxımlı" və "gey görünüşünə" görə idman mağazasında iş verilməyib

Russian LGBT activists Fotonun müəllifi Getty Images
Image caption Rusiyada LGBT fəalları mübahisəli gey təbliğat qanunlarına qarşı etiraz ediblər

Rusiyanın sosial şəbəkələri və LGBT (lezbiyan, biseksual, gey və trans) forumlarında idman qida mağazasında iş yerini qazana bilməyən şəxsə göndərilmiş cavab məktubu müzakirə olunur.

Omsk şəhərində yaşayan Eduard Mıra LLC Hardcore mağazasında satıcı roluna öz ərizəsini göndərib, lakin uğursuz olub.

O, işə niyə götürülmədiyini soruşduqdan sonra şirkətin insan resursları şöbəsinin menecerindən göndərilən məktubda, onun LGBT icmasından olduğu "təəssüratı" yarandığı deyilib.

Məktubda həmçinin yazılıb ki, onun "qadına bənzər xasiyyəti" və "həddindən artıq baxımlı" olduğuna görə, Eduardın görünüşü "qeyri-ənənəvi cinsi əlaqələri" təbliğ edir.

Meduza xəbər saytına verdiyi müsahibədə, Eduard deyib: "Mən nəyisə necə təbliğ etdiyimi anlamıram. Mənim paltarlarım adidir. Kimisə çaşdıra bilən yeganə bir məqam qulağımın sırğa deşiyidir."


Həmçinin oxuyun:


Mağaza deyir ki, qərarı Rusiyanın gey təbliğatı adlanan qanununa əsaslanır. Qanun homoseksuallığın uşaqlara "təbliğatını" qadağan edir.

Avropa İnsan Hüquqları Məhkəməsi qanunu Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğunu və ayrıseçkiliyi təbliğ etdiyinu deyib.

Eyni zamanda, qanun həmçinin Rusiyalı və beynəlxalq hüquq müdafiəçiləri və fəallar tərəfindən təndiq edilib.

Cənab Mıra mağazanı məhkəməyə verərək 50,000 rubl (1,410 manat) kompensasiya tələb edib, lakin Omskun Pervomayskiy Rayon Məhkəməsi hökmündə mağazadan ona 30,000 rubl (845 manat) kompensasiya ödəməsini tələb edib.

Fotonun müəllifi Rossiya24
Image caption Məhkəmə cənab Mıra-ya 30,000 rubl kompensasiyanın ödənilməsini tələb edib

Mağazanın direktoru Andrey Çistyakov Novaya Qazeta qəzetinə yanlış addım atmadığını düşündüyünü bildirərək, idmançıların cənab Mıra-ya necə reaksiya verəcəyini bilmədiyini deyib:

"Müştərilərimiz möhkəm adamlardır. Əgər onun [gey] olduğunu görsələr onunla pis davrana bilərlər. Mən yalnız mağazanın imici deyil, həm də onun sağlamlığı barədə narahat idim."

VKontake şəbəkəsində insanlar xəbərlə bağlı müxtəlif fikirlər söyləyir.

Rusiya LGBT Şəbəkəsi bildirir ki, cənab Mıra-ya verilən suallar təcrübəsi yox, görünüşü barədə olub.

Twitter-də NapoleonTort yazıb: "Yaxşısı odur ki, artıq presedent qoyulub və bu axmaq mağaza sahibi öz nadanlığına görə hesab verib!"

Fotonun müəllifi Omskinform
Image caption Mağazanın Eduard Mıraya göndərdiyi məktub Omskinform saytında paylaşılıb

Digərləri isə Facebook-da yazıb.

Dmitri Samoylenko isə yazıb: "Təbrik edirəm! Bu Rusiyada LGBT-nin qəbul edilməsi üçün ilk addımlardan biridir!"

Dann Borodin də deyib: "Mağazanın sahibləri özlərini yazılı şəkildə ifşa ediblər. Ona görə də, məhkəmənin iddianı heç olmasa qismən təmin etməkdən başqa seçimi yox idi. Axmaqlar."

Vkontakte şəbəkəsində LGBT icma səhifəsində cənab Mıra üçün çoxlu dəstək mesajları yazılıb.

Onlardan birində, Mark Alexandrov deyib: "Bəlkə də başqa bir ölkədə kompensasiyanın məbləği minlər yox, milyonların həddində olardı. Bəlkə də menecerin şəxsi istəyinə görə bir insana iş vermədiyinə görə mağaza öz lisenziyasını itirərdi."

Lakin hər kəs bu düşüncə ilə tamamilə razı deyildi:

"İlahi, həqiqətənmi Rusiyanın hansısa bir yerində ədalət qələbə qazanıb?", Lilya Gubadulina yazıb.

"Rusiyada? Vay! Yəgin ki, səhv olub", Ye əlavə edib.

Vlada Brisşenko isə mağazanı təqsirli saymır: "Mən mağaza sahibini də anlayıram. Rusların əksəriyyətinin tolerant olmamaları onların günahı deyil. Demək olar ki, bütün ölkə bu cür insanları qəbul etməyib onlarla nəlayiq şəkildə davrananda niyə öz nüfuzu ilə risk etsin?"

Bu barədə daha geniş