200 metr məsafəyə qaçış üzrə dünya çempionu olan Ramil Quliyev: "Dünya çempionu olmağıma çox şadam"

Ramil Quliyev Fotonun müəllifi Getty Images

Prezident İlham Əliyev Ramil Quliyevi və Türkiyəni qələbə münasibətilə təbrik edib.

Cənab Əliyevin təbriki, Quliyev cümə axşamı Britaniyada keçirilən 2017 Dünya Atletika Çempionatının 200 metr məsafəyə qaçış yarışının finalını 20:09 saniyədə bitirərək dünya çempionu olmasından sonra gəlir.

"Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan", prezident.az saytı yazıb.

Qələbədən sonra çempion BBC Sports-a deyib ki, "Bu şok deyil, amma real kimi də görünmür".

"Bu çempionatda ən yaxşı nəticəmi göstərdim. Hazırda ən yaxşı qaçışımı göstərdim. Dünya çempionu olmağıma çox şadam. Karyeramın ən yaxşı anıdır", deyə Quliyev bildirib.

Bundan əvvəl, 200 metr məsafəyə qaçış üzrə dünya çempionu titulu Usain Bolt-da olub. Bu il, o, yalnız 100 metr məsafə üzrə yarışda iştirak edib.

İkinci və üçüncü yerləri cənubi afrikalı Wayde van Niekerk və trinidad və tobaqolu Jereem Richards 200 metr məsafnəi eyni vaxta - 20:11 saniyəyə - qət edərək qazanıblar.

27 yaşlı Ramil Quliyev çərşənbə günü yarışdığı seçmə mərhələsində 200 metr məsafəni 20:17 saniyəyə qaçaraq yarışdığı qrupda birinci yeri alıb.

Gəncliyində Azərbaycanı təmsil edən atlet, 2011-ci ildən ibarət Türkiyəni təmsil etməyə cəhd edib. Lakin Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının qaydalarına görə onun Türkiyə atleti olaraq yarışmasına icazə yalnız üç il müddətdən sonra, 2014-cü ildən etibarən verilib.

Qələbəsilə Ramil Quliyev Dünya Atletika Çempionatında Türkiyənin ilk qızıl medalını qazanıb.

Fotonun müəllifi Reuters
Image caption Ramil Quliyev Wayde van Niekerk və Jereem Richards-ı məğlub edərək qızıl medalın sahibi olub

Əlaqəli mövzular

Bu barədə daha geniş