Odessada “bərabərlik yürüşü” adlı gey parad keçirilib

Марш равенства в Одессе Fotonun müəllifi УНІАН
Image caption Участники "Одесса прайд" в 2016 году

Bazar günü səhər saatlarında, Ukraynanın Odessa şəhərində "Bərabərlik yürüşü Odessa prayd" gey paradı keçirilib. Yerli medianın məlumatına əsasən, yüzlərlə iştirakçı Primorsk bulvarında toplaşıb.

Yürüşdə iştirak edənlər polis tərəfindən qorunub. Yürüşün keçdiyi yolun ətrafı kordonla kəsilib və əraziyə yalnız polis yoxlamasını keçən insanlar buraxılıb.

İyun ayında, başqa bir "bərabərlik yürüşü" Kiev şəhərində keçirilmişdi. Polisin verdiyi məlumata görə, paytaxtda keçirilən gey paradda təxminən 2,500 insan iştirak etmişdi və 5,000 polis zabiti təhlükəsizlik əməliyyatında iştirak etmişdi.

İyundaki yürüşdə millət vəkili Svetlana Zalişuk və iqtisadi islahatlar və ticarət nazirinin birinci müavini Maksim Nefedov da iştirak etmişdilər.


Həmçinin oxuyun:

Kievdə keçirilən gey paradda rekord sayda iştirakçı olub

New York gey paradında post-sovet ölkələrinin bayraqları daşınıb

İstanbul: qadağan olunmuş gey parad iştirakçıları saxlanılıb


Bazar günü keçirilən yürüş iştirakçıları "ləyaqətimiz var, hüququmuz var!" və "insanın hüququ hər şeydən üstündür" şuarlarını səsləndiriblər.

Yürüş vaxtilə Odessanın qubernatoru olan Rişelye Hersoqu Armand-Emmanuel de Vignerot du Plessis-in heykəlinin önündə dayandırılıb. Yerli jurnalistlər polisin təhlükəsizliyi təmin etmək üçün yürüşün davam etdirilməsinə icazə vermədiyini bildirirlər.

Həmçinin bildirilir ki, yürüşün yaxınlığında təxminən 50 nəfərdən ibarət etirazçılar qrupu toplanıb və yürüşə mane olmağa cəhd edib.

Yürüşün dayandırılmasına etiraz edən iştirakçılar sosial şəbəkələrdə "oturaq etiraz aksiyası" keçirəcəkilərini elan ediblər.

Bundan sonra, hüquq-mühafizə orqanları yürüş iştirakçılarını, onları Primorski bulvarından aparan avtobuslara buraxıblar.

Keçən ilin "Odessa prayd" tədbirində gey parada mane olmağa cəhd edən bir neçə şəxs polis tərəfindən saxlanılmışdı.

Bu il, heç bir insidentin baş vermədiyi deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş