Rusiyada qadınlara qırıcı təyyarə pilotları olmaq icazəsi veriləcək

A Russian boy waves flag with slogan "Russia forward" as "The Russian Knights" an aerobatic demonstration team of the Russian Air Force perform during the Moscow International Aviation and Space Salon Fotonun müəllifi EPA
Image caption Yeni qərarla qadınlar bir gün hərbi hava qüvvələrinin "Rus Cəngavərləri" adı ilə tanınan təlim qrupuna daxil ola bilərlər

Rusiya hərbi hava qüvvələri İkinci Dünya Müharibəsindən indiyədək ilk dəfə qadınların qırıcı təyyarə pilotları olmasına icazə verəcək.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, qərar hərbi qüvvələrə qırıcı təyyarə pilotu təlim kurslarına qəbul edilmək üçün ünvanlanan çoxsaylı məktublara görə verilib.

Oktaybr ayında təlimə başlayan ilk qrupda 15 qadın olacaq, cənab Şoyqu qeyd edib.

İkinci Dünya Müharibəsində iştirak edən Sovet İttifaqının qadın qırıcı təyyarə pilotları "Stalinin Şahinləri" adı ilə tanınnırdılar. Alman hərbçiləri onları "Gecə Əcinnələri" adlandırırdılar.

Qırıcı təyyarə pilotları olmağa hazırlanan yeni nəsil, Krasnodar hərbi hava mətkəbində təlimdən keçəcəklər.

Rusiyanın TASS dövlət xəbər agentliyi bildirir ki, Krasnodar hərbi hava məktəbi 2009-cu ildən etibarən qadınları qəbul etdir, lakin onlara indiyədək qırıcı təyyarə pilotu olmaq icazəsi verilməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş