Ermənistan: meşə yanğınları ilə mübarizəyə Rusiya təyyarəsi cəlb olunub

Yanğın Fotonun müəllifi mes.am
Image caption Xosrov meşəsi Sevan gölünün cənub-qərbində yerləşir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatlarına görə, Xosrov qoruğunun 250 hektarında ot və meşə massivləri yanır.

Dörd gündür ki, davam edən yanğının söndürülməsində Ermənistan Fövqəladə Hallar Nazirliyinin güvvələri , 75 xilasedici, 132 hərbçi, 70 polis əməkdaşı və 50 meşə təsərrüfatı işçiləri iştirak edir.

Bundan başqa, yanğının söndürülməsinə ətraf kənd sakinləri də cəlb ounublar.

Fotonun müəllifi mes.am
Image caption Rusiya Ermənistana xüsusi avadanlıqla təchiz olunmuş İl-76 təyyarəsini göndərib.

Yanğının daha böyük sahələrə yayılmasının qarşısını almaq üçün Ermənistan hökumətinin müraciətilə Rusiya Ermənistana xüsusi avadanlıqla təchiz olunmuş İl-76 təyyarəsini göndərib.

Təyyarə bir əməliyyatın nəticəsində yanğın ocağı üzərinə 42 ton su tökməyə, yanğını təcrid etmək üçün eni 60 metr olan 800 metr uzunluğunda ayırıcı zolaq yaratmağa qabildir.

Xosrov meşəsi Sevan gölünün cənub-qərbində yerləşir. Onun ərazisi 29 min hektar təşkil edir.

Meşə 1958-ci ildən dövlət qoruğu elan edilib.

Burada rast gələn 1686 yabanı bitki növündən 146-sı Qırmızı Kitaba daxil edilib. Qoruqda müxtəlif, o cümlədən nadir heyvan növləri qeydə alınıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş