Putinin üst geyimsiz şəkilləri sosial şəbəkələrdə yeni bir trend yaradıb

Instagram post of Pavel Durov topless Fotonun müəllifi Pavel Durov / Instagram
Image caption Telegram-ın icraçı direktoru Pavel Durov

Rusiya prezidenti Valdimir Putinin günəşlədiyi an çəkilmiş üst geyimsiz şəkilləri sosial şəbəkələrdə yeni bir trendə səbəb olub.

Smartfonların mesajlaşma tətbiqi olan Telegram proqramının direktoru Pavel Durov İnstagram-da paylaşdığı ismarıcında #PutinShirtlessChallenge (#ÜstgeyimsizPutinÇağırışı) həştəqilə insanları şəkillərini paylaşmağa çağırıb:

"İnstagram hesabımda Putinin üst geyimsiz şəkillərinin səviyyəsinə uyğunlaşmaq üçün əlimi bir az yüksəltmək məcburiyyətindəyəm. Əgər russanız #PutinShirtlessChallenge-ə qatılın. Putindən iki qayda: Montaj olmaz, gözü boyamaq olmaz. Yoxsa alfa deyilsiniz"

Fotonun müəllifi Reuters
Image caption Avqust ayında Putin cənubi Sibirdə tətil keçirib
Fotonun müəllifi AFP/GETTY
Image caption Putinin 2009-cu ildə bənzəri bir şəkli çəkilib

Pavel Durov isə paylaşdığı şəkli ilə sosial şəbəkədə 47 min "like" qazanıb.

Durovun çoxlu sayda təqibçisi onun fiziki görüntüsünə təriflər yağdıraraq "ideal bir kişi" olduğuna dair şərhlər yazıblar.

Həştəq siyasətçi Dmitri Gudkov da daxil olmaqla Twitter-də çoxlu sayda dəstək qazanıb.

Rusiyadan dünyanın başqa yerlərinə istirahətə gedən çoxlu sayda kişi, İnstagram-da paylaşdıqları şəkillərlə kampaniyaya dəstək veriblər.

Fotonun müəllifi Nikolay Sokolov
Image caption Nikolay Sokolov
Fotonun müəllifi Kostya Pro
Image caption Konstantin Protski

Anastasiya da qadınların bu kampaniyadan geri qalmaması şərhi ilə status paylaşıb.

Fotonun müəllifi Anastasia
Image caption Anastasiya

Putinin şəkilləri avqust ayının əvvəlində dövlət televizisiyası ilə yayımlandıqdan sonra böyük marağa səbəb olub.

Bəziləri onun prezidentliyə 4-cü dəfə namizədliyini irəli sürüb-sürməyəcəiyini müzakirə edir, bəziləri də bu şəkillərin Kremlin ABŞ-a "sərt ismarıc göndərmək" məqsədi ilə paylaşıldığını söyləyir.

Fotonun müəllifi Reuters
Image caption Putin və Müdafiə Naziri Sergey Şoyqu

Yaradılan həştəq sosial şəbəkələrdə çoxlu gülməli şərhlərə də səbəb olub.

Bəziləri bu kampaniyada pişiyinin şəklini paylaşaraq iştirak edib.

Fotonun müəllifi Marcus Loki
Image caption Marcus Loki, Instagramda pişiyinin "üst geyimsiz" şəklini paylaşıb

Əlaqəli mövzular

Bu barədə daha geniş