Bakı, Moskva yoxsa, Kiyev -yaşamaq üçün hansı daha rahatdır?

Bakı Fotonun müəllifi Getty Images

Economist Intelligence Unit (EIU) mütəxəssislərinin qənaətinə görə, keçmiş sovet məkanında yaşamaq üçün ən yaxşı yer Sankt-Peterburq, ən pis yer isə Kiyevdir.

Böyük Britaniyanin Economist jurnalı ilə bir qrupa daxil olan konsaltinq şirkətinin növbəti tədqiqatına 140 şəhər daxil edilib.

Beləliklə, keçmiş sovet respublikalarının beş şəhərinin nəticələri və həmçinin EİU-nun versiyasına görə, dünyanın "ən yaxşı "və "ən pis" şəhərlərinin reytinqi belədir.

ratings

Hər parametr 1-dən (dözülməz həyat səviyyəsi) başlayaraq 100-dək (ideal vəziyyət) davam edir.

Harada yaxşı yaşamaq olar?

Kiyevin reytinqdə rəqiblərindən geri qalmadığı yeganə sahə təhsildir.

Digər kateqoriyalarda Ukraynanın paytaxtı Moskva, Sankt-Peterburg, Bakı və Alma-Ata-dan daha az bal toplayıb.

Yekun nəticələrə görə, Kiyev dünyanının ən gözəl şəhəri olan Avstraliyanın Melburn şəhərinə deyil, vətəndaş müharibəsindən ziyan çəkən Dəməşqə daha yaxın olub.

Tədqiqatın hesabatında vəziyyətin pisləşməsinə, əsasən 2014-cü ildə Donbassda müharibə başladıqdan sonra stabillik göstəriciərinin aşağı düşməsinin səbəb olduğu göstərilib.

Stabillik reytinqi - cinayətkarlıq səviyyəsinin, terror təhlükəsi, kütləvi intizamsızlıq və silahlı münaqişənin törəməsidir.

Reytinq tənqidçilərinin fikrincə, Kiyevin yeri (140 şəhər arasında 131-ci yer) aşağıdır və bu da onu göstərir ki, göstəricilər əsasən EİU ekspertlərinin qiymətləndirməsinə əsaslanıb.

"Kiyevin reytinqi ilə razılaşmaq çətindir. Bəli, problemlər var. Amma islahatlar və qərarlar nəticəsində bu şəhər aşağı deyil, irəli gedir", - deyə Böyük Britaniyanın Ukraynadakı səfiri Judith GoughTwitter hesabında yazıb.

Xüsusilə, "stabillik" kateqoriyası (yekun nəticədə 25%) şirkətin özünün şəxsi reytinqinə əsaslanır. Ona görə də, Ukraynanın şərqindəki müharibənin pataxtdakı həyat şəraitinə təsir göstərməsi barədə təsəvvürlər bir qədər şişirdilə bilər. Ukrayna paytaxtının üstünlükləri də var. Belə ki, Kiyevdə yaşam dəyəri indeksi Moskva və Sankt-Peterburqla müqayisədə aşağıdır. EİU hər il belə dəyərləndirir.

O, ki qaldı Rusiyanın "şimal paytaxtına", Britaniya şirkətinin təsəvvürünə görə, stabillik və səhiyyə cəhətdən Moskvadan daha yaxşıdır. Peterburqda mədəniyyət və ətraf mühitlə bağlı məsələlər yaxşı vəziyyətdədir. İnfrastruktur təqribən Moskva səviyyəsindədir. Peterburq yalnız təhsil sahəsində Moskvaya ciddi şəkildə uduzur.

Əlaqəli mövzular