Rusiyada məşhur teatr direktoru fırıldaqçılıqla bağlı saxlanılıb

Kirill Serebrennikov Fotonun müəllifi Getty Images
Image caption Məhkəmə Kiril Serebrennikovun həbsdə qalıb-qalmamasını müəyyən etməlidir.

Rusiyada incəsənət sahəsində senzuranın qəti tənqidçisi olan teatr direktoru fırıldaqçılıqla bağlı şübhəli qismində saxlanılıb.

Kiril Serebrennikov, teatrdakı layihə üçün ayrılmış büdcə vəsaitindən 68 milyon rubl məbləğində pulun (1.85 AZN) mənimsəməsində şübhəli bilinir.

Cənab Serebrennikov incəsənət sahəsində senzuranın qəti tənqidçisidir.

Onun Rudolf Nureyev-in həyat və yaradıcılığına həsr olunmuş baleti mübahisəli bir şəraitdə tamaşa proqramından çıxarılmışdı.

İyul ayında Bolşoy Teatr baletin hazır olmadığını elan etdi.

Lakin BBC-nin Moskvadakı müxbiri Sarah Rainsford deyir ki, bir çoxları baletin mühafizəkar Rusiya üçün həddən ziyadə riskli olduğunu hesab edir.

Fotonun müəllifi EPA
Image caption Ötən ay mühasib Nina Maslyayeva (solda) məhkəməyə çıxarılıb.

Kiril Serebrennikov büdcə hesabına maliyyələşən Qoqol Tsentr teatrında direktor vəzifəsini tutur.

O, may ayında mənzilinə baş çəkən polis tərəfindən dindirilməyə aparılıb.

Həmin günlərdə Qoqol Tsentr mərkəzində axtarış aparılıb və onun mühasibi Nina Maslyayeva saxlanılıb.

Ötən ay o, Moskvada keçirilən məhkəməyə çıxarılıb.

Hadisə Rusiya incəsənət aləmini sarsıdıb. İnsanlar ehtiyat edirlər ki, bu, Serebrennikovu susdurmaq cəhdi ola bilər.

Prezident Vladimir Putin belə iddiaları rədd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş