Rusiyanın Sudandakı səfiri öz iqamətgahında ölü tapılıb: o "ürək tutması"na görə vəfat edib

Миргаяс Ширинский Fotonun müəllifi Russian Foreign Ministry
Image caption 2014-cü ildə Şirinski (şəkildə sağda) Sudanın paytaxtı Khartoum-da xarici işlər naziri ilə görüşdə rus nümayəndə heyətinin tərkibinə daxil idi.

Rusiyanin Sudandakı səfiri Mirqayas Şirinski Khartoum-dakı iqamətgahının hovuzunda ölü tapılıb.

Sudan polisinin verdiyi məlumata görə, Şirinski güclü ürək tutması səbəbilə vəfat edib.

Bu məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Bundan əvvəl Sudan polisi onun hipertoniya xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Sudanın Xarici İşlər naziri səfir Şirinskinin vəfatı ilə bağlı başsağlığı verib, onun diplomatik sahədəki xidmətlərini qeyd edib.

Xarici işlər naziri çox böyük kədər hissi ilə səfir Mirqayas Şirinskinin iki ölkə arasında, müxtəlif sahələrdə səmimi və dostluq münasibətləri qurma səylərindən söz açıb.

Mirqayas Şirinski 40 il Rusiyanin Xarici İşlər Nazirliyində diplomat vəzifəsində çalışıb.

Şirinski 62 yaşında idi və 2013-cü ilin dekabrından Rusiyanın Sudandakı Səfiri vəzifəsində çalışırdı.

Əlaqəli mövzular