İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 13 nəfər xəsarət alıb

2012 quake Fotonun müəllifi Getty Images
Image caption 2012-ci ildə şərqi Azərbaycan əyalətində baş vermiş iki ardıcıl zəlzələ nəticəsində 306 nəfər həlak olmuşdu

İranın dövlət televiziyasının beynəlxalq qolu Press TV, bazar ertəsi günü Təbriz şəhərindən 100 kilometr uzaqlıqda baş vermiş 4,9 bal gücündə zəlzələ nəticəsində 13 nəfərin xəsarət aldığını bildirib.

Rəsmi məlumatlara görə, zəlzələ yerli vaxta saat 03:45-də Şarabyan şəhərinə yaxınlıqda baş verib.

Şərqi Azərbaycan böhran idarə müdirliyinin baş direktoru Xalil Saeinin İran dövlət televiziyasına bildirdiyinə görə, "Şarabyan şəhərindəki zəlzələdə heç kəs ölməyib. Yalnız səkkiz nəfər xəsarət alıb və ambulatoriya pasientləri olaraq tibbi müayinədən keçiblər".

Zəlzələdən sonra beş saat ərzində ərazidə daha 19 daha az şiddətli zəlzələ baş verib.

Məlumatlara görə zəlzələ nəticəsində bəzi yaşayış strukturlarına ziyan dəyib.

Şəhərin icra başçısı Davud Qarşasbi 20-dək yaşayış yerinə ziyan dəydiyini bildirib.

2012-ci ildə şərqi Azərbaycan əyalətində baş vermiş iki ardıcıl zəlzələ nəticəsində 306 nəfər həlak olmuşdu.

Əlaqəli mövzular

Bu barədə daha geniş