İzmir şəhərində partlayışda səkkiz nəfər xəsarət alıb

İzmir Fotonun müəllifi Getty Images

Türkiyənin İzmir şəhərində bir zibil qutusunun partlayışı nəticəsində səkkiz nəfər yaralanıb, dövlət xəbər agentliyi Anadolu Ajansı bildirir.

Məlumata görə, partlayış Ahmet Piriştina küçəsində, qutunun yanından bir həbsxana xidmət avtobusu keçərkən baş verib.

Yaralılar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb, Anadolu Ajansı deyib. Onlardan yeddisinin yüngül yaralara görə ayaqüstü müalicə edildiyi və bir nəfərin müşahidə altına alındığı bildirirlir.

Partlayışda ətrafdaki park edilmiş avtomobillər və bir binaya da ziyan dəyib.

Partlayışın baş verdiyi küçə bağlanıb və hazırda polis araşdırma aparır.

Əlaqəli mövzular