Avropa İttifaqı-Türkiyə danışıqlarının dayandırılması çağırışlarına kim, nə deyir?

AB TURKIYE Fotonun müəllifi Getty Images

Almaniyanın Baş naziri Angele Merkel, Türkiyə və Avropa İttifaqı arasındakı üzvlük danışıqlarının dayanması üçün digər liderlərlə əlaqə quracağını açıqladıqdan sonra, bu məsələnin oktyabr ayında liderlərin sammitində müzakirə olunacağı gözlənilir.

Hazırkı sədrin cümə axşamı Estoniyanın paytaxtı Tallində başlayan AB Xarici İşlər nazirlərinin iclasının rəsmi gündəmində olmamasına baxmayaraq, jurnalistlər tərəfindən iştirakçılara Türkiyə məsələsi ilə bağlı suallar ünvanlanıb.

Almaniyanın təklifinin Avstriya və Lüksemburq tərəfindən dəstəklənməsinə baxmayaraq, Fransa və Finlandiya kimi ölkələr Türkiyənin miqrasiya böhranı və özünü İslam Dövləti adlandıran qruplaşma (İD) ilə mübarizədə açar rolunu oynamağına görə, bu təklifi dəstəkləmirlər.

Yekdilliklə qərar qəbul edilməlidir

Türkiyə ilə üzvlük danışıqlarını dayandırmaq üçün, Aİ liderləri yekdilliklə qərar qəbul etməlidirlər.

Aİ, hələ danışıqları dayandırmaq üçün bir addım atmasa da, dekabr ayında xarici işlər nazirlərinin görüşündə Turkiyə ilə bağlı yeni bir fəsil açılmamasına qərar vermişdi.

Avropa Türkiyə ilə heç cür dil tapa bilmir

Türkiyə qərbdən uzaqlaşır - Erdoğandan sitatlar

Financial Times(FT) qəzetində bu həftə nəşr olunan hesabatda bildirilir ki, əgər yekdillik əldə olunmazsa, Turkiyənin demokratik meyarlara uyğun gəlməməsi səbəbi ilə, danışıqlar dayandırılacaq.

Danışıqlara yenidən başlanılması üçün isə, Turkiyənin demokratik meyarlara uyğun gəlməsi tələb olunacaq. FT demokratik meyarların pozulması ilə əlaqədar olaraq, danışıqların dayandırılması üçün, yüksək vəzifəlilərin əksəriyyətinin kifayət etdiyini bildirib.

Türkiyə ilə danışıqlar barəsində kim, nə deyir?

Avropa Komissiyasının Sədri Jean-Claude Junker:

Türkiyə getdikcə nəhəng addımlarla Avropaddan uzaqlaşır. Türkiyə ilə üzvlük danışıqlarının sona çatıb-çatmadığını soruşmaq lazımdır. Bu vəziyyətə görə isə, Turkiyə məsuliyyət daşıyır.

Avropa Parlamentinin Sədri Antonia Tajani:

Türkiyənin hal-hazırda Avropa İttifaqına üzv olması çox çətin məsələdir, ancaq biz qapını Türkiyənin üzünə bağlamamalıyıq.

Lakin bununla yanaşı, bu mesajı çox açıq şəkildə verməliyik. Edam cəzası bizim üçün qəbul edilməz bir şeydir. Türkiyə dövləti edam cəzasını yenidən bərpa elədiyi təqdirdə, dialoq qapısı da, böyük ehtimal ki, onun üzünə bağlanacaq.

Fotonun müəllifi EPA
Image caption Avstriya Xarici İşlər naziri Sebastian Kruz(solda) və Aİ Xarici İşlər Ali Nümayəndəsi Federica Mogherini(sağda)

Aİ Xarici İşlər Ali Nümayəndəsi Federica Mogherini:

Danışıqlara davam edəcəyik. Əlaqələrin gələcəyinin necə olacağını, həm öz aramızda, həm də biryerdə edəcəyimiz qiymətləndirmələrin nəticələri müəyyənləşdirəcək.

Avropa Parlamenti Türkiyə üzrə məruzəçisi Kati Piri:

Hal-hazırda Türkiyədə əsas insan hüquqları və qanunun aliliyinin davamlı pozulduğu bir mərhələdən keçirik. Danışıqların dayandırılması, Türkiyə ilə işgüzar ittifaqın qurtaracağı, dialoqun başa çatacağı demək deyil. Ancaq bu cür şərtlər altında Aİ-ə üzv olmaqdan söhbət belə gedə bilməz.

Almaniyanın Baş naziri Angela Merkel:

Gömrük İttifaqı sazişinin yenilənməsi ilə bağlı danışıqlar heç bir halda başlaya bilməz. Üzvlük danışıqlarında Avropalı müttəfiqlərimizlə daha yaxşı ünsaiyyət qurmalıyıq.

Danışıqların dayandırılmalı olduğunu dediyimizdə Avropada əskəriyyət bizə dəstək olmazsa, bu çox pis olar.

Düşünmürəm ki, Türkiyə Aİ-ə üzv ola bilər, heç vaxt da düşünməmişəm. Buna görə də, mən Türkiyəyə üzvlüklə bağlı olaraq edilən maliyyə dəstəyinin dayandırılmasını iddia edirəm.

Fotonun müəllifi Reuters

Fransa Prezidenti Emmanuel Macron:

Türkiyə, həqiqətən də, son bir neçə ay ərzində Avropa İttifaqından uzaqlaşıb. Lakin başda miqrasiya problemi və terror təhlükəsiylə qarşı-qarşıya qalan, eləcə də, bir çox böhranlarda tərəfdaşımız olduğundan, əlaqələrimizin pozulmasına qarşıyam.

Aİ-nin hazırkı sədri, Estoniyanın Xarici İşlər naziri Sven Mikser:

Biz bu məsələni çox diqqətli bir şəkildə müzakirə etməliyik. Türkiyənin Aİ-ə namizəd kimi vəziyyətini qiymətləndirsək, gələcək əlaqələri də, hər baxımdan müzakirə etməliyik.

Aİ-nin bu məsələ ilə bağlı, bu il qərar verəcəyini düşünmürəm. Miqrasiya və təhlükəsizlik məsələləri ilə bağlı Ankara ilə birlikdə işləməliyik.

Hollandiya Xarici İşlər naziri Bert Koenders:

Biz Almaniyanın Gömrük İttifaqı sazişinə yenidən baxılması barədə danışıqları istəməməyi ilə razıyıq.

Lakin Almaniyanın müzakirələr barəsindəki mövqeyinin seçkilərdən sonra daha da aydın olacağını düşünürəm. Gözləyərik, görərik. Seçkilərdən sonra qiymətləndirmə üçün kifayət qədər vaxtımız olacaq.

Avstriya Xarici İşlər naziri Sebastian Kurz:

Türkiyədə keçirilən referendumdan sonra, hər şey normalmış kimi davam edə bilmərik. Aİ və Türkiyə əlaqələri mövzusunda səmimi olmalıyıq. Aİ üzvlük müzakirələrini başa çatdırıb, qonşuluq razılaşması ilə bağlı işləməyə başlamalıyıq.

Fotonun müəllifi Reuters

Finlandiya Xarici İşlər naziri Timo Soini:

Danışıqlarları davam etdirmək yaxşı bir haldır. Türkiyədə insan hüquqları mövzusunda bir çox problemlərin olduğunu bilirik, amma mən şəxsən danışıqların başa çatmasının lehine deyiləm.

Litva Xarici İşlər naziri Linas Linkevicius:

Bu müddəti və əlaqələri davam etdirməliyik. Asan olmasa da, əlaqələrimizə əhəmiyyət verməliyik. Danışıqları saxlasaq, Türkiyəni bizdən daha da uzaqlaşdırarıq. Əldə etmək istədiyimiz nəticənin əksini görmək riskinin olduğunu da unutmayaq.


Üzvlük danışıqlarında son vəziyyət necədir?

2005-ci ildə Aİ ilə Türkiyə arasında başlayan üzvlük danışıqlarında bu günə qədər 35 başlıqdan 16-ı açılıb və yalnız biri müvəqqəti olaraq bağlanıb.

Axırıncı dəfə 2016-ci ilin iyun ayında 33-cü fəsil olan Maliyyə və büdcə müddəaları açılıb.

Lakin Aİ dekabr ayında keçirilən iclasıında Türkiyə ilə üzvlük danışıqlarında yeni bir fəsil açmamaq qərarına gəlib.

Buna səbəb isə 15 İyul çevrilişə cəhddən sonra, fövqəladə vəziyyət elan edildiyi zamanı 100-dən çox jurnalistin həbs olunması ilə bağlı narahatlıqdır.

Aİ rəsmiləri Türkiyənin fövqəladə vəziyyət tətbiqindən sonra insan hüquq və azadlıqları mövzusunda geriyə getdiyini iddia edirlər.

Avropa Parlamenti danışıqların dayandırılması ilə bağlı çağırışlar edir. Türkiyə və Aİ arasında gələn il başlaması güman edilən Gömrük İttifaqı sazişinin yenilənməsi ilə bağlı danışıqlarda heç bir irəliləyış yoxdur.

Avropa Komissiyası, danışıqlar üçün Avropa Şurasından icazə tələb edib, ancaq bu tələb hələ qəbul edilməyib.

Almaniya, Türkiyə ilə Gömrük İttifaqı ilə bağlı olan danışıqlara etiraz edəcəyini açıqlamışdı. Aİ tərəfindən Gömrük İttifaqı sazişi prosesində bəzi siyasi meyarların gətirilməsi ilə bağlı təkliflər irəli sürülsə də, Türkiyə bunları qəbul etməyəcəyini söyləyib.

Bu barədə daha geniş