Saakaşvili Ukraynaya "məcburi" daxil olub

Saakaşvili Fotonun müəllifi AFP

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili yüzlərlə dəstəkçisinin yardımı ilə Ukraynaya daxil ola bilib.

Cənab Saakaşvili bildirib ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib.

"Bizi süpürərək Ukraynaya apardılar", o əlavə edib.

Ukrayna rəsmiləri onun sərhədi qanunsuz keçdiyini və 16 sərhədçi və milli mühafizə xidməti əməkdaşının yaralandığını bildiriblər.

Ukrayna bildirib ki, sərhəd rəsmiləri və cənab Saakaşvilinin dəstəkçiləri arasında əlbəyaxa qarşıdurma baş verib.

Gürcüstan və sonra Ukrayna vətəndaşlığı olan cənab Saakaşvili hazırda vətəndaşlığı olmayan şəxsdir.

Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib.

Gürcüstanda onun barəsində cinayət işi açılıb, hərçənd o, həmin ittihamları siyasi motivli adlandırıb.

Bazar günü Saakaşvili Ukraynaya əvvəlcə avtobusla daxil olmaq istəsə də, daha sonra Krakovets keçid məntəqəsində provokasiya ehtimalına görə plana dəyişiklik etdiyini və qatarla getmək istədiyini bildirib, BBC müxbiri deyir.

Image caption Saakaşvili Ukraynaya qatarla getmək qərarına gəlib

Qatar əvvəlcə geciksə də, daha sonra, ümumiyyətlə, təxirə salınıb.

"Qatar hərəkət etməyəcək, sərnişinlər Ukraynaya avtobuslarla gedə bilərlər", vağzalda elan edilib.

Marşrutun dəyişdirilməsinə razılıq verən sərnişinlərə biletin qiyməti məbləğində təzminat veriləcəyi deyilir.

Saakaşvilinin minlərlə tərəfdarı Ukrayna ilə Polşa arasındakı Krakovets sərhəd keçid məntəqəsində toplaşıb, müxbirimiz bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş