Rusiyanın böyük şəhərlərində vağzal və məktəbləri təxliyə edirlər

Polis və it Fotonun müəllifi Getty Images
Image caption Permdə partlayıcı qurğunun yerləşdirilməsi barədə zənglər nəticəsində bütün məktəblərdə dərslər ləğv edilib ( Şəkil: arxiv)

Son günlər Rusiyanın böyük şəhərlərində partlayıcı qurğuların qoyulmasıyla bağlı edilən anonim zənglər nəticəsində məktəblər, institutlar, vağzallar və ticarət mərkəzləri təxliyə edilməyə başlayıb.

Hələki heç bir yerdə partlayıcı qurğu aşkar edilməyib.

BBC-nin Rus Xidməti sentyabrın 10-u, 11-i və 12-də insanların təxliyə edildiyi şəhərlərin siyahısını tərtib edib.

  • Perm: Partlayıcı qurğunun yerləşdirilməsi barədə edilən zənglər nəticəsində bütün məktəblərdə dərslər ləğv edilib, 9 məktəb, dəmiryol vağzalı, avtovağzal, iki ticarət mərkəzi, şəhər inzibati idarəsi və Perm Dövlət Universitetinin yataqxanası təxliyə edilib.

Permdə anonim zənglər nəticəsində QİÇS mərkəzinin gündüz stasionar müalicəsində olan xəstələr də evə buraxılıb.

"Biz QİÇS mərkəzini çəkməyə və dəhlizlərin demək olar ki niyə boş olmasını öyrənmək üçün gəlmişik. Tibb bacısı dedi ki, anonim zənglər ucbatından şəhərdə təhlükəsizlik tədbirləri görülüb və hətta gündüz stasionar müalicədə olan xəstələr imkan daxilində evə buraxılıb", - deyə BBC müxbiri bildirib.

  • Yekatirinburq: Cənub avtovağzalı, "Qrinviç" ticarət mərkəzi, "Marşal" biznes mərkəzi.
  • Çelyabinsk: 6 ticarət-əyləncə mərkəzi: "Rodnik", "Almaz", "Qorki", "Fokus", "Fiesta", "Koltso".
Fotonun müəllifi Yuri Smityuk/TASS
Image caption Vladivostokdakı "Çeremuşki" ticarət mərkəzində bazar ertəsi "Matilda" filminin premyeradan əvvəl nümayişi baş tutub.

Çelyabinsk vilayətinin Daxili İşlər Nazirliyi idarəsindən verilən məlumata görə, minanın qoyulması barədə anonim zənglər növbətçi bölməyə İP telefon vasitəsilə daxil olub.

"74.ru" yerli portalı sentyabrın 11-də Çelyabinsk vilayətindəki böyük ticarət-əyləncə mərkəzlərindən 18 mindən çox insanın təxliyə edilməsi barədə məlumat yayıb.

  • Omsk: Şəhər inzibati idarəsi, "Mayak-Moll" və "Meqa" ticarət mərkəzləri, bazar, Təqaüd Fondunun bir neçə bölməsi, "Qalaktika", "Mayakovski" və "Slava" kinoteatrları .

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin başçısı Vladimir Korbutun sözlərinə görə, Omsk vilayətində 56 obyektdən 7500 insan təxliyə edilib.

Obyektlərin böyük əksəriyyətini Təqaüd Fondunun bölmələri təşkil edib.

Çünki anonim zəngdə fondun bölmələrindən birinə partlayıcı qurğunun qoyulduğu bildirilib və FHN əməkdaşları da bölmələrdə yoxlamalar keçiriblər.

  • Ufa: "Başkiriya", "Meqa", "Sentralnıy", "Qostinıy dvor" ticarət mərkəzləri və "Sverdlovskiy" ticarət-xidmət kompleksi.
  • Sterlitamak: Şəhərin bütün böyük ticarət mərkəzləri, uşaq xəstəxanaları.

Sterlitamak şəhərində 3 gündür ki, təxliyə aparılır.

Sentyabrın 10-u və 11-i şəhərin böyük marketlərindəki ziyarətçilər evakuasiya edilib.

12 sentyabrda uşaq xəstəxanasındakı və "Sberbank" bölməsindəki insanlar təxliyə edilib.

DİN regional mətbuat mərkəzindən "Ufa.ru" portalına verilən məlumata görə, bankda təxliyə müştərinin yaddan çıxarıb orda qoyduğu çantaya görə həyata keçirilib.

  • Stavropol: Şəhər inzibati idarəsi, vilayət duması, universitetlər, yataqxanalar.

Vilayət prokurorluğundan verilən məlumata görə, sentyabrın 11-də polisə ticarət mərkəzlərinə, tədris müəssisələrinə və inzibati binalara partlayıcı qurğunun yerləşdirilməsi barədə 42 məlumat daxil olub.

Partlayıcı qurğunun yerləşdiriliməsi barədə yalan məlumatlar barədə bütün faktlar bir yerdə cəmləşib, çünki bütün zənglərin bir telefon nömrəsindən edildiyi müəyyən olunub.

  • Krasnoyarsk: Bir neçə ticarət mərkəzi, Yemelyanovo hava limanı, şəhər inzibati idarəsi.

DİN-nin yerli idarəsindən verilən məlumatda anonim zənglərin polisə deyil, birbaşa guya partlayıcı qurğunun qoyulduğu təşkilatlara daxil olduğu bildirilib.

Fotonun müəllifi Vitaly Ivanov/TASS
Image caption Krasnoyarsk hava limanı təxliyə edilib
  • Vladivostok: Bir neçə yataqxana, avtovağzal, Primorsk vilayətinin inzibati idarəsi, "Sedanka-Siti" ticarət mərkəzi və bu yaxınlarda "Matilda" filminin premyerasından əvvəlki nümayişi keşirilən "Çeremuşki" ticarət mərkəzi
  • Maqadan: "Naqayevski" və "Qornyak" kinoteatrı, "Urojay" bazarı, Politexnik İnstitutu
  • Bryansk: "Aeropark", "BUM-Siti" ticarət mərkəzləri, Timaşkovlar ticarət-əyləncə mərkəzi, həmçinin bir neçə böyük marketlər.
  • Kalininqrad: Mehmanxalar,ticarət mərkəzi, regional duma, Baltflot idarəsi.
  • Cənubi Saxalinsk: Meriya, dəmiryol vağzalı, bir neçə ticarət mərkəzi.

Bir sıra bölgə kütləvi informasiya vasitələrinin mənbələrə istinadən verdiyi məlumata görə, kütləvi təxliyə anti-terror təlimləri ilə əlaqədardır.

Lakin bir çox polis idarələri bu versiyanı təkzib ediblər.

Omsk vilayətinin informasiya siyasəti üzrə baş idarəsindən bildirilib ki, bu cür təlimlər həqiqətən planlaşdırılıb, lakin anonim zənglərin bununla heç bir əlaqəsi yoxdur.

"Necə deyərlər hər şey sadəcə üst-üstə düşüb", - deyə "Omsk Müstəqil Şəhər Saytı" yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş