Yerevanın mərkəzində avtomat atəşindən azı 1 nəfər öldürülüb

AK-47 avtomat Fotonun müəllifi Newsarmenia.am

Ermənistan paytaxtının mərkəzində cümə axşamı günorta saatlarında odlu silahdan atəş nəticəsində azı bir nəfər həlak olub.

Hadisə Yerevanın açıq havada ticarət təşkil edilən Vernisaj adlanan ərazinin yaxınlığında saat 13:30 radələrində baş verib, jurnalistlərə Ermənistan polisi İctimaiyyət və Mətbuatla Əlaqələr İdarəsinin rəisi Aşot Aharonyan deyib.

Hadisə şahidlərinin sözlərinə görə, küçədən keçən minik avtomobilindən avtomat və tapança silahından yoldan keçənlərin istiqamətində atəş açılıb.

Hadisə yeri polis qüvvələri tərəfindən əhatəyə alınıb, istintaq tədbirləri aparılır. Hadisə yerində AK-47 tipli avtomat, "Makarov" tapançası, avtomat və tapança gilizləri tapılıb.

Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyanın Facebook səhifəsində qeydinə görə, atəşlər nəticəsində iki nəfər yaralanmışdır. Xəstəxanaya çatdırılarkən onlardan biri, 43 yaşlı Ermənistan vətəndaşı Q. Mosinyan həlak olub.

"İstintaq qrupu yaradılıb, operativ-axtarış əməliyyatları aparılır", - istintaq komitəsinin rəsmisi yazır.

Image caption Hadisə Yerevanın açıq havada ticarət təşkil edilən Vernisaj adlanan ərazinin yaxınlığında baş verib
Fotonun müəllifi Newsarmenia.am

Əlaqəli mövzular

Bu barədə daha geniş