Putin Ermənistanın uşaq meydançasında necə peyda oldu?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Putin Ermənistanın uşaq meydançasında necə peyda oldu?

Ermənistanın Vanadzor şəhərindəki uşaq meydançasında qeyri-adi qonağa rast gəlmək olar.

Bu Rusiya prezidentidir. Hərçənd ki, bu, Vladimir Putinin özü yox, onun kartondan düzəldilmiş şəklidir.

Uşaq meydançasının sahibi Tiqran Stepanyana əsasən, Putinin portreti turistləri cəlb edir.

"Adamlar gəlir, şəkil çəkdirirlər. Uşaqlar da, böyüklər də. Hətta əcnəbilər: Bu yaxınlarda İtaliyadan bir qrup gəlmişdi. Hamı Putinlə şəkil çəkdirmək istəyir”.

Putinin karton şəklini hazırlamaq ideyası Stepanyanın ağlına hələ 1990-cı illərdə gəlib.

O, vaxtlar Moskvada yaşayan Tiqran Mixail Qorbaçevin karton təsviri yanında 25 rubl ödəyərək öz şəklini çəkdirmişdi.

"Adamlar bu yolla pul qazanırdılar. Mən niyə qazanmayım, deyə düşündüm”, - Tiqran deyir.

Daha əvvəl Putinin yanında Barakl Obamanın fiquru dururdu.

Lakin bir dəfə "ayıq olmayan" bir neçə Vanadzor sakini ABŞ prezidentini dramın məzənnəsinin düşməsində təqsirləndirərək onun karton şəklini sındırıblar.

Hazırda Putinin yanında yalnız “Nu poqodi!” cizgi filmindən canavarı görmək olar.

Əlaqəli mövzular