Rusiyada qatarla avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb

Поезд Fotonun müəllifi MCHS

Rusiyada Vladimir vilayətində qatarla avtobusun toqquşması nəticəsində 19 nəfər həlak olub.

Yaralananlar var, onların arasında uşaqların da olduğu güman edilir.

Hadisə gecə 3:30 radələrində Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib.

Rusiya mediasında güman edilir ki, qırmızı işığa məhəl qoymayan avtomobilin mühhəriki sönə bilərdi.

Qazaxıstandan Moskvaya gedən avtobus qadağanedici siqnala baxmayaraq, dəmiryolu keçidinə daxil olub və Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.

Moskva dəmiryolu mətbuat xidmətinin məlumatına görə, stansiya növbətçisi siqnal versə də, toqquşmadan qaçmaq mümkün olmayıb.

Qatarın maşinisti ekstremal əyləci basıb, işıq və səs siqnalı verib.

Mətbuat xidməti bildirir ki, əyləcin basılması sürəti ən aşağı həddə qədər azaldıb, ancaq bu, kifayət etməyib.

Hadisə nəticəsində bu dəmiryolu ilə hərəkət edən qatarların qrafikində fasilə yaranıb.

Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, hələlik, avtobusun hara məxsus olması, o cümlədən, ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilməyib.

Əlaqəli mövzular