Gürcüstan: Yerli idarə orqanlarına seçkilər başa çatıb

Səsverrmə Fotonun müəllifi parliament.ge

Gürcüstanda yerli idarə orqanlarına seçkilərdə səsvermə başa çatıb.

Seçkilərdə 22 siyasi partiya, beş seçki bloku və bir təşəbbüs qrupu iştirak edir.

Məntəqələrin bağlanmasına bir saat qalmış yayılan məlumata əsasən, səsverməyə qatılanların sayı 35 faizdən bir qədər yuxarı olub.

Azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda yerli vaxtla saat 17-yə olan rəqəmlərə görə, seçicilərin 30,8 faizi səs verib, MSK bildirir.

Bu arada mer vəzifəsi uğrunda mübarizə aparan rəqiblər arasında qarşılıqlı ittihamların səsləndiyi xəbər verilir.


Gürcüstan bələdiyyə və mer seçkilərinə hazırlaşır

Gürcüstan seçkiləri: Tbilisidə velosipedi ilə seçki kampaniyası aparan britaniyalı


APA agentliyinə əsasən müxalif "Avropalı Gürcüstan" partiyasının namizədi Əhməd İmamquliyev hakim "Gürcü Arzusu" partiyasını bir neçə məntəqədə seçicilərə təzyiq göstərməkdə təqsirləndirib.

"Gürcü Arzusu"ndan mer vəzifəsinə namizəd Temur Abazov bu ittihamları rədd edib.

Seçkilərdən əvvəl ən gərgin kampaniyalardan biri Gürcüstan paytaxtında yer alıb.

Tbilisi meri postu uğrunda 13 namizəd mübarizə aparıb.

Seçkilərdə 64 bələdiyyənin üzvü ilə yanaşı rayon və şəhər merləri seçilməlidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş