Türkmenator: Velosiped sürə-sürə basketbol səbətindən top keçirən lider

Kurbanguly Berdymukhamedov Fotonun müəllifi Getty Images

Human Rights Watch təşkilatı Türkmənistanı "dünyanın ən repressiv və qapalı ölkələrindən biri" kimi təsvir edir.

Keçmişdə diş həkimi olan prezident Berdiməhəmmədov, bundan əvvəl dövlət televiziyasında silahdan istifadə etmək məharətini nümayiş etdirmişdi.

Bundan sonra müxalifət onu lağa qoyaraq, Türkmənistan prezidentini "Türkmenator" adlandırmağa başlayıb.

Fotonun müəllifi Altyn Asyr
Image caption Türkmənistan prezidenti idman zalında velosiped sürə-sürə bir əli ilə basketbol da oynayıb.

Müxalifət videosundan prezident Berdiməhəmmədovun bir əllə velosipedi idarə etdiyi, digər əlilə isə basketbol oynadığı, və təkrar-təkrar olaraq basketbol səbətinə top endirdiyi görünür.

Təhlükəsizlik əməkdaşları onun hərkətini velosiped sürmədən təkrar etməyə çalışsalar da, onların atdığı toplar səbətdən yan keçir.

Berdiməhəmmədovun velosipedli basketbol oyunu videosu ilk olaraq Türkmənistan dövlət televiziyasında nümayiş olunub, sonradan isə Hronikatm.com müxalifət saytı həmin videonu redaktə edərək paylaşıb.

Həmin videoda prezident Berdiməhəmmədovun rəsmilərə necə ağırlıq qaldırmağı nümayiş etdirdiyi də görünür.

Çərşənbə günü Facebook-a yerləşdirilmiş video 20000-dən istifadəçinin diqqətini cəlb edib.

İstifadəçilər onu Şimali Koreya lideri Kim Jong-un və İraqın keçmiş rəhbəri Səddam Hüseyn ilə müqayisə edib.

"Səddam Hüseyni xatırladır, onun da Fəratda üzən, əlində qızıl tüfəng əsdirən vaxtları olub", - istifadəçilərdən biri yazıb.

Digər istifadəçilər daha mərhəmətli olub.

"Velobol - yeni idman növü", - bir istifadəçi yazıb.

"Təhlükəsizlik qüvvələrinə təlim keçən diş həkimi. Tərifə layiqdir, bəyənilsin", - digər birisi qeyd edib.

Fotonun müəllifi Altyn Asyr
Image caption Videoda prezident Berdiməhəmmədovun və digər rəsmilərin ağırlıq qaldırdıqları da görünür.

Prezident Berdiməhəmmədov Türkmənistana 2007-ci ildən rəhbərlik edir.

Sələfi prezident Saparmurad Niyazov kimi, prezident Berdiməhəmmədov da özünə, üzərinə qızıl suyu çəkilmiş heykəlini ucaldıb, şəxsiyyətinə pərəstiş mühiti yaradıb.

2016-cı ildə bəyənilmiş Konstitusiyanın yenilənmiş mətninə əsasən, 2017-ci ilin fevralında 3-cü dəfə prezident seçilmiş Berdiməhəmmədov-un ömürlük olaraq prezident vəzifəsində qalmaq imkanı var.

Bu barədə daha geniş