Şəkillərdə: 39-cu İstanbul Marafonu

Fotonun müəllifi AFP

Bazar günü İstanbulda hər il ənənəvi olaraq təşkil edilən İstanbul Avrasiya Marafonu keçirilib.

39-cu İstanbul Marafonunun marşrutu 15 İyul Şəhidlər Körpüsü adı verilmiş Bosfor körpüsündən keçib.

Marafonun builki şüarı "Uşaqlarımızın gələcəyi üçün qaçırıq" olub.

Kişilər arasında yarışda ən yaxşı nəticəni - 2 saat 11 dəqiqə 22 saniye nəticəsini Keniya əsilli Fransa atleti Abraham Kiprotich göstərib.

Qadınlar arasında isə 2 saat 22 dəqiqə 36 saniyə ilə birinci Keniya idmançısı Ruth Chepngetich marafonu başa vurub.

Fotonun müəllifi AFP

İstanbul marafonu 1979-cu ildən başlayaraq hər il keçirilir.

Bu il yarışda 100-dən çox ölkənin təmsilçi iştirak edib.

Marafona qatılanlar arasında müxtəlif siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri də olub.

Fotonun müəllifi EPA
Fotonun müəllifi EPA
Fotonun müəllifi DHA
Fotonun müəllifi EPA
Fotonun müəllifi AFP

Marafon marşrutunun keçdiyi körpünün ətrafında tədbiri izləmək üçün ailələliklə gəlmiş seyirçilər istirahət edib və şəkillər çəkdirib.

Yarışın gedişində durub selfie çəkdirənləri 200 metrlik məsafəyə qaçışda Dünya çempionu Ramil Guliyev öz Twitter səhifəsində yüngülvari qınayıb:

Əlaqəli mövzular

Bu barədə daha geniş