Kiyevdə Saakaşvilini saxlayıblar: O, damdan atılacağı ilə hədələyirdi

Saakaşvili Fotonun müəllifi Reuters

Ukrayna prokurorluğunun həyata keçirdiyi istintaq hərəkətləri gedişatında Odessa vilayətinin sabiq qubernatoru və "Yeni qüvvələr hərəkatı"nın lideri Mixail Saakaşvili saxlanıb.

"Xüsusi təyinatlı qüvvələr onu evin damında yaxalayıblar", - millət vəkili Viktor Çumak mətbuata bildirib.

Kiyevin Kostelnaya küçəsindəki binadan bayıra çıxarılan Mixail Saakaşvili mikroavtobusla aparılıb.

Bu vaxt evin qarşısında yüzədək insan toplaşmışdı, BBC Ukrayna Xidmətinin müxbiri xəbər verir.

Facebook saytındakı canlı yayımda evin 8-ci mərtəbəsinə çıxan Saakaşvili aşağı atılacağı ilə hədələyir.

Bundan əvvəl Saakaşvilinin Kiyevdəki evində axtarış aparıldığı məlum olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş