İranın Xəzər donanması yeni döyüş gəmisi alıb

Əmir Hatəmi Fotonun müəllifi ATTA KENARE/AFP/Getty Images
Image caption Gəminin istismara verilməsilə bağlı mərasimdə müdafiə naziri general Əmir Hatəmi iştirak edib

İranın Xəzər donanmasının tərkibinə "Sipər" döyüş gəmisi daxil olub, İranın dövlət mediası xəbər verir.

Ənzəli portunda gəminin istismara verilməsilə bağlı mərasimə müdafiə naziri general Əmir Hatəmi və Hərbi Dəniz Donanmasının komandanı Hüseyn Xanzadənin qatıldığı xəbər verilir.

Məlumata əsasən "Sipər" yeni növ raket gəmisidir və o, Nur və Qader tipli qanadlı raketlərin buraxılması üçün dörd qurğu ilə təchiz olunub.



Gəmi həmçinin Fajr-27 sürətli atəş artilleriya sisteminə malikdir.

Xəzər dənizində İranın 6 döyüş gəmisi var, Fars agentliyi bildirir.

Gəminin tikilişi təxminən iki il yarım əvvəl başlamışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş