Fazil Məmmədov işdən çıxarıldı, Mikayıl Cabbarov vergilər naziri oldu

Fazil Məmmədov Fotonun müəllifi Prezident.az
Image caption Fazil Məmmədov (sağda) vergilər naziri vəzifəsindən azad edilib

Dekabrın 5-də Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib.

Bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam verib.

Onun digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib.

Fotonun müəllifi Azertac
Image caption Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib.

Panama sənədləri: Fazil Məmmədov Əliyevlər ailəsilə necə ortaq oldu?

Təhsil naziri vəzifəsinə bu ana qədər təyinat olmayıb.

Fazil Mәmmәdov 17 il idi ki, Vergilər Nazirliyinə rəhbərlik edirdi. O, 1964-cü ildə Şamaxıda anadan olub.

Vikipediyada yerləşdirilmiş məlumatda göstərilir ki, o, 1985-ci ildə D. Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.

1987-89-cu illərdə Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye- Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb.

O, Maliyyә-Kredit texnikumunda müәllim, gömrük sistemində rəhbər vəzifələrdə çalışıb.

O, Azərbaycan Güləş Federasiyasının prezidentidir.

1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olan Mikayıl Cabbarov 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri təyin edilmişdi.

Mikayıl Cabbarov 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alıb.

Təhsil Nazilriyinin rəsmi saytında verilən məlumata görə, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin McGeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

O, bir müddət iqtisadi inkişaf nazirinin müavini, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub.