Türkiyə prezidenti son 65 ildə ilk səfərlə Yunanıstana gəlib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Erdoğan Yunanıstana səfər edir

Türkiyə lideri Recep Tayyip Erdoğan iki günlük rəsmi səfərlə Yunanıstana gəlib. O, 65 ilik fasilədən sonra qonşu ölkəyə qədəm basan ilk Türkiyə prezidentidir.

Səfər, keçmişdə mübahisəli dövrlərini yaşayan ikitərəfli əlaqələrin yaxşılaşdırılmasına yönəlib.

Recep Tayyip Erdoğan Yunanıstan prezidenti Prokopis Pavlopoulos və baş nazir Alexis Tsipras-la danışıqlar aparacaq.

Türkiyə lideri həmçinin yerli müsəlman icmasının nümayəndələri ilə də görüşməlidir.

Səfərdən əvvəl Türkiyə lideri iki ölkə arasında sərhədləri müəyyənləşdirmiş Lozanna müqaviləsini tənqid edib.

Yunanıstan 1923-cü ildə imzalmış razılaşmanın müzakirə mövzusu olmadığını bildirir. Afina hesab edir ki, bu məsələnin önə çəkilməsi əlaqələrin yaxşılaşdırılmasına yönələn cəhdlərlə uzlaşmır.

Mübahisələr

1974-cü ildə Kiprdə baş verən çevrilişdən sonra Türkiyənin işğalına məruz qalan Kipr illərdir ki, türk və yunanların ayrı-ayrı yaşadıqları etnik hissələrə bölünüb. Ankara Kipr Respublikasının rəsmi hökumətini tanımır.

Ötən il Türkiyə Yunanıstanı Kipri birləşdirmək cəhdlərində ittiham etmişdi.

Türkiyə ilə Yunanıstan əlaqələri 1987 və 1996-cı illərdə, Egey dənizində ərazi mübahisələrinə görə yenidən kəskinləşmişdi.

Hazırda ikitərəfli münasibətlər xeyli yaxşılaşsa da, yunanların müəyyən qismi hesab edir ki, Türkiyə Yunanıstana qarşı ərazi iddiaları güdür. Ankara isə Afinanı 2016-cı ildəki çevriliş cəhdində iştirakda şübhəlilərə sığınacaq verməkdə təqsirləndirir.

Bu arada, Türkiyə liderinin səfər gedişatında təhlükəsizlik tədbirləri gücləndirilib. Polis Afinanın mərkəzində nümayişlərə qadağa qoyub.

Bu barədə daha geniş