Putinin Suriya müharibəsi xaricdə onun prestijini necə artırdı?

Vladimir Putin və Bəşər Əsəd Fotonun müəllifi EPA
Image caption Bazar ertəsi Rusiyanın Hmeymim bazasında Vladimir Putinlə Bəşər Əsəd arasında danışıqlar keçirilib

2015-ci ildə Rusiya Suriya əməliyyatına başlayarkən o vaxtkı ABŞ prezidenti Barack Obama Moskvanın müharibə "bataqlığında ilişib qalacağını" demişdi.

Həmin ərəfədə ABŞ-ın müdafiə naziri Ashton Carter Rusiyanın "uğursuzluğa düçar" olacağı ilə bağlı xəbərdarlıqla çıxış etdi.

Belə görünür ki, iki il keçmiş Rusiya bəd proqnozların düzgün olmadığını sübuta yetirir.

Bu həftə gözlənilmədən Suriyaya səfər edən prezident Vladimir Putin vətənə müzəffər qayıdacaq ordunun "parlaq" şücaət göstərdiyini deyib.

O, Rusiya ordusunun "əhəmiyyətli hissəsi"nin geri qaytarılmasına dair əmr verdiyini bildirib.

Demək olarmı ki, Moskva öz missiyasını başa çatdırıb? Görünür ki, belədir.

2015-ci ilin sentyabr ayında Putinin bəyanatına görə qarşıda duran vəzifə, - "beynəlxalq terrorçuluğa qarşı vuruşmaq" idi.

Özünü İslam Dövləti adlandıran qruplaşma (İD) Suriyada həqiqətən də məğlub oldu. Hərçənd ki, Qərb ölkələri Moskvanı Suriyadakı mötədil müxalifəti də hədəfləməkdə təqsirləndirir.

Fotonun müəllifi AFP
Image caption Hələb, 2016-ci ilin oktyabr ayı: Rusiya və Suriya təyyarələri şəhərdə üsyançıların olduğu hissələri bombardman ediblər

Lakin Rusiya kampaniyasının daha bir məqsədi sadiq müttəfiq Bəşər Əsədi hakimiyyətdə saxlamaq idi. Moskva istədiyinə nail oldu.

Dəməşqə hərbi dəstək ümumi vəziyyəti Əsədin xeyrinə dəyişmiş oldu və Suriyada rejim dəyişməsi məsələsi gündəmdən qaldırıldı.

Bundan əvvəl ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı danışıqların başlanması üçün Əsədin hakimiyyətdən getməsini tələb edirdilər. Onlar artıq bu şərti irəli sürmürlər.

Cənab Əsəd siyasi səhnədə qalmasına görə prezident Putinə borcludur və bu, Moskvanın Suriyaya əhəmiyyətli təsirini təmin edir.

Ruslar Suriyanın şimal-qərbində iki hərbi baza saxlayacaq: Bu Latakiya yaxınlığında yerləşən Hmeymim və Tartusdakı hərbi dəniz bazasıdır.

Rusların hərbi əzələsi

Lakin Rusiyanın Yaxın Şərqdəki rolu Suriya ilə məhdudlaşmır.

Rusiya bu müharibədən iri regional oyunçu kimi çıxıb və hazırda:

  • Moskva öz hərbi təyyarələrinin Misir hava məkanı ilə bazalarına daxil olması üçün Misirlə danışıqlar aparır.
  • Kreml Türkiyə ilə qabaqcıl S-400 yer-hava tipli raket sistemlərinin satışını müzakirə edir.
  • Rusiya Səudiyyə Ərəbistanı ilə öz əlaqələrinin yaxşılaşdırılması üzərində işləyir.

Rusiya diplomatiyası Suriya tənzimlənməsinə dair Yaxın Şərq bölgəsində fəaliyyət göstərir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İlk dəfə olaraq Rusiya Aralıq dənizindən qanadlı raket buraxır

Rusiyanın Yaxın Şərqdə fəallaşması ABŞ-ın bölgədə imicilə bağlı problemlərinə təsadüf edir.

Qüdsü İsrailin paytaxtı tanınması barədə prezident Donald Trump-ın qərarı Ərəb dünyasında hiddətlə qarşılanıb.

Bu Amerikanın bölgə vasitəçisi roluna xələl gətirə bilər.

Rusiyanın Suriyadakı hərbi kampaniyasının qlobal fəsadları da var.

Fotonun müəllifi AFP
Image caption Hmeymim bazasını Rusiyanın S-400 raketləri müdafiə edir

2014-cü ildə Krımın ilhaqı ardınca Rusiya beynəlxalq aləmdə təcridlə üzləşirdi.

Lakin Suriya kampaniyası vəziyyəti dəyişdi.

Qərb liderləri məsələni müzakirə etmək üçün Rusiya ilə masa arxasında əyləşməyə məcbur oldular.

Putin üçün təbliğat

Washington-un proqnoz etdiyi Suriya "bataqlığı" baş tutmadı.

2015-ci ildə bir çox rus qorxurdu ki, Suriya ikinci Əfqanıstana çevrilə bilər.

1980-ci illərdəki Əfqanıstan əməliyyatı gedişatında 10 mindən artıq sovet əsgəri həlak oldu.

Rusiya Suriyada itkilər verib: Rəsmi rəqəmlərə görə 41 hərbçi öldürülüb və daha onlarla müqavilə əsasında xidmət edənlərin həlak olduğu bildirilir.

Fotonun müəllifi EPA
Image caption Suriyaya yollanarkən: cənab Putin beynəlxalq səhnədə Rusiyanın nüfuzunu bir daha təsbit edib

Kreml qələbəni elan edərək hərbçilərin sayının azaldılacağına dair bəyanat verib. Və bu, Suriyanın cənab Putin üçün Əfqanıstana çevriləcəyinə oxşamır.

Rusiyanın ən populyar Komsomolskaya Pravda qəzetinə əsasən Suriya münaqişəsi Rusiya hərbiyyəsini möhkəmləndirib.

"On minlərlə hərbçi qiymətsiz cəbhə təcrübəsini qazanıb", - bu həftə dərc olunan məqalədə deyilir.

"Terorçuluğa qarşı müharibə, yalnız bizim insanlar yox, cəbbəxana üçün də imtahan olub. Biz onlarla silahı sınaqdan keçirmişik. Nəticə olaraq Rusiya silahları üçün sifarişlər sürətlə artır".

Kremlin rəhbəri yenidən seçilmək üçün namizədliyini irəli sürüb.

Çox güman ki, cənab Putin seçkilərdə özünə dəstəyi artırmaq üçün "vəzifə yerinə yetirilib" şüarından istifadə edəcək.

Putinin namizədliyinin irəli sürülməsinə bir həftə keçmiş yer alan Suriya səfərindən seçki ab-havası sezilir.

"Terrorçuluğun kökünün kəsilməsi" və ordunu geri qaytarmaq barədə bəyanatlara rəğmən Suriyanın bəzi yerlərində İD müqaviməti mövcuddur. Münaqişə hələ ki, başa çatmayıb.

Və Rusiyanın siyasi nizamlamaya nail olacağına zəmanət yoxdur.

Bu ay Kremlin Soçi şəhərində ev sahibliyi etməyə hazırlaşdığı Suriya Xalq Konqresi gələn ilədək təxirə salınıb.

Sülh prosesinin aparıcı oyunçuları arasında fikir ayrılığı yaşanmaqdadır.

Qələbənin elanı müharibənin sona çatması demək deyil. Bu, xüsusilə də Suriya müharibəsi kimi ağır və mürəkkəb münaqişəyə aiddir.

Bu barədə daha geniş