İranda etirazlar: Vətəndaşlara "qanunsuz" toplantılardan çəkinmək tövsiyə olunur

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Dövlət televiziyasında hökumət tərəfdarlarının mitinqini nümayiş etdirilib

İranda hakimiyyət əleyhinə iki gün ərzində davam edən etirazların ardınca hökumət vətəndaşlara "qanunsuz" toplantılardan kənar durmağı tövsiyə edir.

Anonim sosial media postlarında şənbə günü aksiyaları davam etdirməyə çağırışlar əks olunub.

Etirazçıların kiçik qrupları Tehran Universitetinin qarşısında və bir neçə başqa yerlərdə toplaşmaqda davam etdiriblər.

Daxili işlər naziri Abdulrəhman Rəhman Fəzli insanları "özlərilə başqa vətəndaşlara problem yaradacaq qanunsuz toplantılarda" iştirak etməməyə səsləyib.

Hökumətpərəst qüvvələrin nümayişi

Hakimiyyət əleyhinə iki gün ərzində davam edən etirazlardan sonra Tehranda hökumət tərəfdarlarının da mitinqi keçirilir.

Fotonun müəllifi AFP
Image caption Prezident Həsən Ruhani iqtisadiyyatın zəifləməsinə görə tənqid olunur

Dövlət Televiziyası həmin nümayişə toplaşan izdihamı nümayiş etdirib.

Ölkə boyunca bahalaşma və korrupsiyaya qarşı etiraz yürüşləri 2009-cu ildəki mübahisəli seçkilərdən sonra İranda keçirilən ən irimiqyaslı kütləvi çıxışlar olub.

Polis etirazçılar arasında onlarla insanı həbsə alıb.


BBC Farscanın müxbiri Kasra Naji

Sosial mediadakı videolarda şüarlar qışqıran etirazçılar İranın ali lideri ilə ruhanilərin getməsini tələb edirlər.

Üçüncü gündür ki, davam edən aksiya Ali dini rəhbəri dəstəkləyən hökumətpərəst qüvvələrin nümayişindən bir neçə kilometr aralıda keçirilir.

İqtidar ümid edir ki, hökumətin təşkil etdiyi aksiya güc nümayişi olacaq.

İranda sərt xətt tərəfdarlarının istehkamı sayılan dövlət televiziyası aksiyada izdihamı göstərərək, vurğunu ali liderə verilən dəstəyə yönəldir.

Etirazların yayılması hakimiyyəti çaş-baş qoyub və onlar "qanunsuz nümayişlərə" qarşı sərt addımlar atılacağını deyirlər.

Hərçənd, etiraf olunur ki, geniş yayılan narazılıq yalnız qiymətlərin artması ilə bağlı deyil.


İqtidar yürüşlərin əksinqilabçı siyasi qüvvələr və xarici ölkələrin əlaltıları tərəfindən təşkil olunduğunu bildirir.

Hakimiyyət etirazçıları sərt addımlarla hədələsə də, ölkədə geniş narazılığın olduğunu etiraf edib.

Bu barədə daha geniş