İranda kütləvi nümayişlər - 5 suala cavabda

An Iranian woman raises her fist during a protest in Tehran on 30 December 2017 Fotonun müəllifi AFP

İranlılar ölkə boyu müxtəlif şəhərlərdə küçələrə çıxaraq iqtisadi çətinliklər və siyasi represiyalara qarşı etiraz nümayişlərində iştirak ediblər.

İranda müşahidə edilən son etirazlar 2009-cu ildə prezident seçkilərinin rəsmi nəticəsinə qarşı milyonlarla insanın iştirak etdiyi etirazlardan sonra baş vermiş ən irimiqyaslı kütləvi etiraz nümayişidir.

Nümayişlər nə dərəcədə geniş yayılıb?

Nümayişlər dekabrın 28-də ölkənin şimal-şərqində yerləşən İranın ikinci ən böyük şəhəri Məşhəddə, iqtisadi çətinliklərə və qiymətlərin bahalaşmasına qarşı yüzlərlə insanın etirazı ilə başlayıb.

Bundan sonra hakimiyyətə qarşı nümayişlər, paytaxt Tehran da daxil olmaqla, on minlərlə insanın iştirakı ilə təxminən 25 şəhərə yayılıb.

Bəzi nümayişlərdə etirazçılar və təhlükəsizlik xidmətlərinin əməkdaşları arasında baş vermiş toqquşmalar baş verib. Dövlət mediasının məlumatına görə, bu toqquşmalar nəticəsində indiyədək ən azı 22 nəfər həyatını itirib və yüzlərlə insan saxlanılıb.


Həmçinin oxuyun:


Etirazçılar nə istəyir?

İlkin nümayişlər prezident Həsən Ruhaninin idarə etdiyi hökumətin iqtisadi uğursuzluqlarını hədəfə alıb. Etirazçılar işsizlik səviyyəsinin yüksək qalması, inflyasiyanın yüksək olması, korrupsiya və iqtisadi inkişafın durğunluğundan şikayətləniblər.

Etirazçılar, həmçinin İranın Yaxın Şərqdəki münaqişələrə yatırdığı kütləvi maddi xərcləri sual altına qoyaraq, bu resursların ölkə daxilində istifadə edilməsini tələb ediblər.

Fotonun müəllifi Reuters
Image caption Paytaxt Tehranda polis 450-dən çox insanı saxlayıb

Lakin nümayişlər yayıldıqca, etirazçılar həm də siyasi şuarlar da səsləndirməyə başlayıblar. Bir çox etirazçı İranı hökumətindəki liderləri tənqid ediblər.

Bazar günü Tehranda keçirilən bir nümayişdə insanlar ayətullah Əli Xəmeneyini hədəfə alaraq "diktatora ölüm" şuarını səsləndiriblər.

Bəzi etirazçılar hətta 1979-cu ildə devrilən monarxiyanın qaytarılmasını tələb ediblər.

Hökumət nə edib?

Təhlükəsizlik orqanları ilkin nümayişlərdə iştirak edən etirazçılara nisbətən yumşaq yanaşıblar. Cümə axşamı günü Məşhəddə keçirilən nümayişin iştirakçılarına qarşı yüksək təzyiqli su şırnağı istifadə edilib və bir neçə şəxs saxlanılıb. Lakin nümayişlər yayıldıqca onlara qarşı tətbiq edilən tədbirlər də sərtləşib.

İranın mötədil siyasi qüvvələrinin təmsilçisi kimi qiymətləndirilən prezident Həsən Ruhani İrana qarşı iqtisadi sanksiyaların qaldırılması üçün 2015-ci ildə ABŞ-la nüvə sazişinin əldə edilməsində böyük rol oynayıb. O, bazar günü deyib ki, iranlılar "hökuməti tənqid etməyə və etiraz etməyə tamamilə sərbəstdirlər".

Fotonun müəllifi EPA
Image caption Prezident Həsən Ruhani deyib ki, qanunu pozanlara qarşı "heç bir tolerantlıq göstərməyəcək"

Lakin, o, həmçinin xəbərdarlıq edib ki, təhlükəsizlik qüvvələri "ictimai əmlaka xəsarət yetirənlərə, ictimai asayişi pozanlara və cəmiyyətdə iğtişaşlara səbəb olanlara qarşı heç bir tolerantlıq göstərməyəcək".

Cənab Ruhani İranın problemlərinin aradan qaldırılmasının "vaxt tələb" etdiyini və bunun üçün hökumətin vətəndaşların köməyinə ehtiyacı olduğunu deyib. Lakin bu çağırışın şikayətlərin sakitləşməsinə heç təsiri olmayıb.

Fotonun müəllifi EPA
Image caption Milyonlarla iranlının istifadə etdiyi ismarıc proqramı - Telegram hökumət tərəfindən bloklanıb

İranın mötədil və mühafizəkar siyasi qüvvələri nümayişlərə görə bir-birilərini və xarici qüvvələri gühanlandırırlar.

Çərşənbə axşamı günü ayətullah Əli Xameneyi "İranın düşmənlərini...pul, silah, siyasət və kəşfiyyat xidmətlərindən istifadə edərək İslam Respublikasında problemlər" yaratmaqda təqsirləndirib.

Hökumət qurumları iranlıların sosial şəbəkələrə girişini məhdudlaşdıraraq nümayişlərə çağırışların və nümayişlərdən video və şəkil paylaşmalarının qarşısını almağa çalışırlar.

Bir çox sayta giriş və milyonlarla iranlı tərəfindən istifadə olunan Telegram ismarıc proqramı bloklanıb.

Etiraz edənlər kimlərdir?

Nümayişlərdə səsləndirilən şüarların müxtəlifliyi etiraz dalğasının rəhbərsiz olduğuna işarə verir. Belə görünür ki, bu hərəkatda indiyədək iştirak edənlərin əksəriyyəti yoxsul, işsiz və ailələrini dolandırmaqda çətinlik çəkənlərdirlər.

Fotonun müəllifi Reuters
Image caption İqtisadi artımın sürəti gənc iranlılar üçün kifayət deyil

BBC Farsca xidmətinin yaxınlarda keçdiridiyi sorğunun nəticələrinə görə, son on ildə iranlılar 15 faiz yoxsullaşıb və orta ölçü ilə iranlıların çörək, süd və ət istehlakı 30 və 50 faiz arasında azalıb.

Daxili İşlər naziri Əbdülrza Rəhmani-Fazlinin məlumatına görə rəsmi işsizlik səviyyəsi 12,4 faizdir, lakin ölkənin bəzi rayonlarında bu göstərici 60 faizdən yüksəkdir. İşsizlikdən ən çox çətinlik çəkənlər, əhalinin yarısından çoxunu təşkil edən yaşı 30-dan aşağı olan əhalidir.

Keçən ilin may ayında ikinci dəfə prezident seçilən prezident Ruhani nüvə sazişinin ölkənin iqtisadiyyatının inkişafına yol açacağına vəd etmişdi.

Buna baxmayaraq, iqtisadi artımın sürəti sanksiyaların tətbiq olunduğu dövrdə çətinlik çəkən bir çox iranlı üçün hələ də çox aşağıdır. Onların çoxu qiymətlərin davamlı artımına və sosial yardımın azalmasına dözə bilmədiklərindən şikayətlənirlər.

Bu nümayişlər 2009-cu il nümayişlərindən nə ilə fərqlənir?

İranda müşahidə edilən nümayişlər 2009-cu ildə sabiq prezident Mahmud Əhmədinejadın prezident seçkilərindəki mübahisəli qələbəsinə qarşı nümayişlərdən bəri ölkədə baş vermiş ən irimiqyaslı kütləvi etiraz çıxışlarıdır.

Fotonun müəllifi AFP
Image caption 2009-cu ildə prezident seçkilərinin nəticəsin qarşı milyonlarla iranlı etiraz etmişdi

O zaman milyonlarla iranlı küçələrə çıxaraq səsvermədə pozuntuların baş verdiyini iddia edərək seçkilərin yenidən keçirilməsini tələb etmişdilər. Lakin o zaman Ayətullah Xamenei səsvermə nəticəsinin doğru olduğunu deyib, müxalifəti dəstəkləyən onlarla insanın ölümü və minlərlə insanın həbsi ilə nəticələnən əks-tədbirlərin keçirilməsinə əmr vermişdi.

2009-cu il nümayişlərində iştirak edən etirazçıların əksəriyyəti təhsilli şəhər sakinləri və gənclər olub.

2009-cu il nümayişlər əsasən Tehranda keçirilib, bu dəfə isə nümayişlər ölkə boyu onlarla şəhərə geniş yayılıb.

Bu barədə daha geniş